00:00:00
Yazar
Admin User
19.08.2025 12:20 99 1 dəq oxuma
Dünya

Avstraliyada 100 milyon illik fosil inci tapılıb

Avstraliyada 100 milyon illik fosil inci tapılıb

Avstraliyada tədqiqatçılar 2019-cu ildə tapılan fosil incinin 100 milyon illik olduğunu təsdiqləyiblər.

 

ABC News-in xəbərinə görə, 2019-cu ildə Kvinslend əyalətinin Richmond bölgəsində yerləşən Kronosaurus Korner Muzeyinin paleontoloji qazı sahələrində könüllü olan bir turist fosil inci tapıb.

 

Muzeyin nəzarəti altında keçirilən qazı tədbirində tapılan fosil inci tədqiqatçılar tərəfindən yoxlanılıb.

 

Kvinslend Universitetindən paleontoloq Qreqori Vebb apardıqları araşdırma nəticəsində 2 santimetr enində, bilyedən bir az böyük fosil incinin təxminən 100 milyon illik olduğunu açıqlayıb.

 

Araşdırmadan sonra fosil inci Kronosaurus Korner Muzeyində sərgilənməyə başlayıb.

 

TRT HABER

Solmaz Muradova 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər