00:00:00
Yazar
Admin User
21.08.2025 12:19 64 1 dəq oxuma
Dünya

Avstraliyada alimlər dünyada ilk dəfə qan dövranına malik dəri toxuması yaradıb

Avstraliyada alimlər dünyada ilk dəfə qan dövranına malik dəri toxuması yaradıb

Avstraliyada tədqiqatçılar damar, sinir, tük follikulu və immun hüceyrələrini özündə birləşdirən, həqiqi insan dərisinə ən yaxın modeli laboratoriya şəraitində inkişaf etdiriblər.

 

Kvinslend Universitetinin yaydığı açıqlamaya görə, alimlər insan dəri hüceyrələrini kök hüceyrələrə çevirərək “dəriyə bənzər bir orqan” hazırlayıblar.

 

Araşdırmada bu modelə laboratoriyada yetişdirilmiş kiçik qan damarları inteqrasiya olunub və nəticədə öz qan dövranı sisteminə sahib çoxqatlı dəri toxuması əldə edilib.

 

Tədqiqatı aparan Dr. Abbas Şafiye bildirib ki, indiyədək yaradılan dəri modelləri yalnız üst qatları təqlid edə bilirdi, lakin bu yeni quruluş tük follikulları, sinir hüceyrələri, piqmentasiya, immun sistemi və qan dövranı ilə “insan dərisinə” ən yaxın modeldir.

 

Onun sözlərinə görə, bu sayədə sedef və ekzema kimi dəri xəstəlikləri daha dəqiq öyrənilə biləcək, yeni müalicələr sınaqdan keçiriləcək və yanıqların, yaraların sağalmasında mühüm irəliləyişlər əldə olunacaq.

 

Araşdırmanın nəticələri Wiley Advanced Healthcare Materials jurnalında dərc edilib.

 

TRT HABER

Solmaz Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər