"Avtomobil sənayesinin gələcəyi elektrikdədir"
Aİ avtomobil sammiti elektrikləşməyə kursu təsdiqlədi.
Brüsseldə keçirilən yüksək səviyyəli sammitdə Avropa Komissiyası prezidenti Ursula fon der Lyayen avtomobil sənayesinin rəhbərləri ilə görüşərək 2035-ci ilə qədər daxiliyanma mühərrikli yeni avtomobillərin istehsalının dayandırılması hədəfinin qüvvədə qalacağını bildirib.
İstehsalçılar daha çox elastiklik tələb etsələr də, Komissiya CO2 hədəflərindən geri çəkilməyib. Audi və digər şirkət rəhbərləri elektrik nəqliyyatının üstünlüklərini vurğulayıb, lakin geniş yayılma üçün infrastrukturun gücləndirilməsi, xərclərin azaldılması və vergi güzəştlərinin vacibliyini qeyd ediblər.
Avropa avtomobil sektoru hazırda zəif satışlar, yüksək enerji qiymətləri, Çindən subsidiyalı rəqabət və ABŞ-nin tarif təzyiqi ilə üzləşir. Buna baxmayaraq, Aİ 2050-ci ilə qədər iqlim neytrallığı məqsədinə sadiq qalır.
Euronews
Billurə Quliyeva