00:00:00
Yazar
Səadət Əlizadə
27.10.2026 21:31 47 1 dəq oxuma
Sosial

Azərbaycan Avropanın qiymətləndirmə məkanında təmsil olunacaq

Azərbaycan Avropanın qiymətləndirmə məkanında təmsil olunacaq

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Avropa Qiymətləndirici Assosiasiyaları Qrupuna (TEGOVA) üzvlüyü təsdiqlənib. Bu üzvlük Azərbaycan mütəxəssislərinə Avropa standartlarını tətbiq etmək, beynəlxalq təcrübə qazanmaq və qiymətləndirmə xidmətlərinin keyfiyyətini artırmaq imkanı yaradacaq.

 


Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Natiq Cəfərli bildirib ki, təcrübə qazanmaq, müəyyən standartları öyrənmək çox yaxşıdır və bu, ümumilikdə Azərbaycanda yerli mütəxəssislərin peşəkarlıq səviyyəsinin artmasında ciddi rol oynayacaq:

 

“Amma Avropa Birliyində qəbul olunan standartların hamısının kor-təbii şəkildə, tərcümə olunub və yaxud da surətini çıxardıb Azərbaycanda tətbiq olunması da doğru deyil. Hər bir ölkənin öz spesifik qaydaları var. Bəzi standartlar, məsələlər var ki, Azərbaycanda daha yumşaq olmalıdır çünki biz inkişaf etməkdə olan ölkəyik”. 

 

Müsahibin sözlərinə görə, elə bir standartlar qoyulmalıdır ki və tətbiq edilməlidir ki, bu, kiçik və orta sahibkarlığın inkişafına mane olmasın:


“Bu, Avropa Birliyində də çox ciddi müzakirə olunan məsələdir ki, bəzi standartlar, məsələlər, maneələr və baryerlər Avropada biznesin inkişafına artıq maneçilik törədir. Avropanın iqtisadi rəqabətdə geri qalmasına səbəb olur. Bu xüsusiyyətləri də nəzərə alaraq Azərbaycanda nə yaxşıdırsa, onu tətbiq etmək daha məntiqli olardı”.



Aysu Abbasova

#təmsil #olunacaq #yeni #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər