00:00:00
Yazar
Elmira Ağayeva
27.04.2026 18:26 18 1 dəq oxuma
İdman

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunun qalibi olub

 

 

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Dünya Kubokunun qalibi olub

Braziliyanın Foz-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya Kubokunda Azərbaycan millisinin üzvü olan Səidcəmşid Cəfərov 75 kq çəki dərəcəsində final görüşündə braziliyalı Tauan Silvanı 5:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

 

 

Mövzu ilə bağlı idman şərhçisi Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, bu yarışda həmçinin Sübhan Məmmədov və Məhəmməd Abdullayev də qızıl medal qazanıb:

 

 

 

“Azərbaycan boksçuları ümumilikdə üç qızıl medal əldə edərək Dünya Kubokunun komanda hesabında da qalib olublar. Bu, Azərbaycan boksu üçün böyük və tarixi uğurdur. İdmançılarımız yarışda çox uğurlu çıxış ediblər. Xüsusilə, Məhəmməd Abdullayevin finalda Ermənistanlı rəqibini məğlub etməsi simvolik və əhəmiyyətli qələbədir.

 

Bu nəticələr Azərbaycan boksunda inkişafın göstəricisidir. Əvvəllər belə nailiyyətlər tez-tez qeydə alınmayıb, lakin son dövrlərdə görülən işlərin bəhrəsi artıq özünü göstərir. Boks Azərbaycanda hər zaman sevilən idman növlərindən biri olub və bu cür beynəlxalq turnirlərdə qazanılan uğurlar ölkədə boksun inkişafına müsbət təkan verəcək”.

 

 

Mələk Hüseynova

#İdman #boks #milli
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər