00:00:00
Yazar
Zəhra Həsənova
26.02.2026 19:28 23 1 dəq oxuma
İdman Özəl

Azərbaycan güləşçiləri Albaniyada final görüşündə

Azərbaycan güləşçiləri Albaniyada final görüşündə

Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən “Muhamet Malo” reytinq turnirində uğurlu çıxış edirlər. Rəşid Babazadə (65 kq) finala yüksəlib, İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86 kq) isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.


"Bu yarış həm sərbəst güləş, həm də yunan-Roma güləşi üzrə millimizin 2026-cı ildə ilk rəsmi yarışıdır. Hələ idmançılar pik formaya düşməyib".


Bu sözləri Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Avropa çempionatı ərəfəsində hazırlıq səviyyəsinin zirvəyə çatması planlaşdırılır:


"Ümumilikdə, ilk yarış gününü uğurlu saymaq olar. 5 güləşçidən 3-ü fəxri kürsüyə qalxıb. Xüsusən Rəşid Babazadənin əzmkarlıq göstərərək yarımfinalda əslən Azərbaycandan olan amerikalı dünya çempionu Vitali Orucov üzərindəki qələbəsi bəlkə də günün ən maraqlı qarşılaşması oldu. Bürünc medal qazanan Arseniy Djioyev və İslam Bazarqanov da ümidləri doğruldub. Bu turnirin nəticələrinin növbəti yarışların heyət seçiminə təsir göstərməsi haqda danışsaq, Avropa çempionatı üçün heyət aşağı-yuxarı bəllidir. Amma bəzi çəkilərdə bu yarış seçim rolunu oynaya bilər. Söhbət yunan-Roma güləşindən gedir".


Zəhra Möhübbətova

#gündəm #xəbər #albaniyada #güləşçiləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər