00:00:00
Yazar
Elmira Ağayeva
06.05.2026 20:15 37 2 dəq oxuma
Sosial

Azərbaycan–Gürcüstan arasında ekoloji əməkdaşlıq müzakirə olunub

Azərbaycan–Gürcüstan arasında ekoloji əməkdaşlıq müzakirə olunub

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüş zamanı Azərbaycan ilə Gürcüstan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub. Qonaqlara həmçinin WUF13 və Ümumdünya Ətraf Mühit Gününə hazırlıq prosesi barədə məlumat verilib.

 

Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Gürcüstanla ekoloji sahədə ciddi problem müşahidə olunmur:

 

“Əsas məsələlər transsərhəd çaylarla bağlıdır və bu çaylar əsasən Ermənistan və Gürcüstan ərazisindən keçir. Bu istiqamətdə beynəlxalq hüquqa uyğun müqavilələr mövcuddur və tərəflər ümumilikdə bu razılaşmalara əməl edirlər. Hazırda Gürcüstanla bağlı ciddi ekoloji problem yoxdur. Əsas çətinlik Ermənistanla bağlıdır.

 

Belə ki, Ermənistan transsərhəd çayların çirkləndirilməsi ilə bağlı beynəlxalq müqavilələrə qoşulmayıb. Nəticədə Araz çayı və onun qolları vasitəsilə çirklənmiş sular Azərbaycan ərazisinə daxil olur. Ermənistan ərazisində fəaliyyət göstərən bəzi sənaye müəssisələri, xüsusilə mədən və metallurgiya obyektləri çayları ciddi şəkildə çirkləndirir. Bu sular ölkə ərazisinə daxil olduqdan sonra bəzən nəinki içməyə, hətta suvarmaya belə yararsız hala düşür”.

 

Ekspert əlavə edib ki, gələcəkdə Ermənistanla bu sahədə müvafiq beynəlxalq müqavilələrin imzalanması ekoloji problemlərin həllinə müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, bu istiqamətdə irəliləyiş əldə olunarsa, mövcud problemlərin əhəmiyyətli hissəsini aradan qaldırmaq mümkün olar.

 

 

Mələk Hüseynova

#Azərbaycan #Gürcüstan #Ermənistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər