00:00:00
Yazar
Elmira Ağayeva
21.05.2026 15:32 52 2 dəq oxuma
Siyasət

Azərbaycan-Meksika əməkdaşlığı WUF13 çərçivəsində müzakirə olunub

Azərbaycan-Meksika əməkdaşlığı WUF13 çərçivəsində müzakirə olunub

 

WUF13 çərçivəsində Azərbaycan və Meksika nümayəndələri şəhərsalma, şəhər transformasiyası və postmünaqişə bərpası sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşdə Azərbaycanın Böyük Qayıdış Proqramı üzrə təcrübəsi paylaşılıb və WUF14-ə ev sahibliyi edəcək Mexiko şəhərinə uğurlar arzulanıb.

Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva  “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan ilə Meksika arasında əməkdaşlıq ilk növbədə şəhərsalma, dayanıqlı urbanizasiya, rəqəmsal şəhər idarəçiliyi və postmünaqişə bərpası sahələrində real nəticələr verə bilər:

“Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi Böyük Qayıdış Proqramı, ağıllı kənd və ağıllı şəhər yanaşmaları, infrastrukturun sıfırdan qurulması təcrübəsi Meksika üçün maraqlı model ola bilər. Meksikanın isə böyük şəhər idarəçiliyi, urban transformasiya, sosial inteqrasiya və əhali sıxlığı yüksək olan ərazilərdə idarəetmə təcrübəsi Azərbaycan üçün faydalı ola bilər. WUF kimi platformalar məhz bu baxımdan yalnız texniki müzakirə meydanı deyil, həm də ölkələr arasında etimad, siyasi dialoq və institusional əlaqələr yaradan mühüm beynəlxalq mexanizmdir. Bu cür görüşlər Azərbaycanın Latın Amerikası ilə əlaqələrinin genişlənməsinə də töhfə verə bilər. Çünki Azərbaycan artıq yalnız regional enerji və nəqliyyat aktoru kimi deyil, həm də bərpa, şəhərsalma, humanitar əməkdaşlıq və dayanıqlı inkişaf gündəliyində təcrübə təqdim edən ölkə kimi çıxış edir. Meksika ilə WUF13 çərçivəsində aparılan dialoq Latın Amerikası ölkələri ilə daha geniş siyasi və iqtisadi təmaslar üçün əlavə imkan yaradır. Bu, Azərbaycanın xarici siyasətində coğrafi şaxələndirmə xəttinə uyğundur və Bakının qlobal platformalarda fəal iştirakının ikitərəfli münasibətlərə çevrilə biləcəyini göstərir”.

Mələk Hüseynova

#Azərbaycan #Meksika #gündəm #
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər