“Azərbaycan-Özbəkistan münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib”-ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevlə görüşüb.
Dövlətimizin başçısı Şövkət Mirziyayevə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdiyinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, Özbəkistan Prezidentinin burada olması dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq və dostluq əlaqələrinin göstəricisidir.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər sürətlə inkişaf edən və strateji müttəfiqlik səviyyəsi olan münasibətlərdir:
“İki ölkə arasında dövlət və cəmiyyət həyatının bütün istiqamətləri üzrə əlaqələr inkişaf etməkdədir. Ticarət dövriyyəmiz iki ölkə arasında son illər artıq faizlərlə deyil, dəfələrlə artıb. Bundan başqa tərəflər birgə investisiya fondu yaradıb. Qarşılıqlı investisiyalar davam edir. Enerji sektorunda, hərbi texniki sahədə əməkdaşlığımız genişlənməkdədir. Ticarət, iqtisadiyyat, logistika, nəqliyyat məsələlərində bizim birgə mövqelərimiz var. Biz həm iki tərəfli səviyyədə Özbəkistanla münasibətlərimizi inkişaf etdiririk. Eyni zamanda, Türk Dövlətlər Təşkilatı çərçivəsində bu münasibətlər davam etməkdədir və Özbəkistanda Türk Dövlətlər Təşkilatının ən önəmli aparıcı ölkələrindən biridir. Son illər sürətlə inkişaf eləyən iqtisadiyyatı və artan nüfuzu ilə Özbəkistan çox önəmli bir ölkədir. Bu məsələlər Özbəkistan və Azərbaycan arasında münasibətlərin bu cür nümunəvi inkişafı həm dövlət səviyyəsində, həm cəmiyyətlər səviyyəsində münasibətlər olduqca, səmimi və qarşılıqlı bir münasibətlərdir. Türk Dövlətlər Təşkilatına da bu iki tərəfli münasibətlər müsbət təsir edir. Son dövrlər Azərbaycanın Orta Asiya, Türküstan coğrafiyasının dövlətləri ilə Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, o cümlədən Tacikistanla da münasibətləri intensiv şəkildə inkişaf etməkdədir. Azərbaycan həm də C5+1 Orta Asiya dövlətləri koordinasiya şurasının da üzvü olub. Özbəkistanla münasibətlər Azərbaycanın ikitərəfli münasibətlərində önəmli bir yer tutmaqdadır. Bu münasibətlər digər ölkələr üçün də nümunə təşkil edəcək bir münasibətlərdir deyə bilərik”.
Nuray Əliyeva