00:00:00
Yazar
Zəhra Həsənova
11.05.2026 20:28 19 2 dəq oxuma
Siyasət

Azərbaycan Prezidenti: İlyarım sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq

Azərbaycan Prezidenti: İlyarım sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq

Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Prezidentin bu Zəngilan məsələsinə, ümumiyyətlə bütövlükdə həmin bölgəyə diqqət çəkməsi, əlbəttə ki, Ermənistanın bir qədər daha sürətli davranmasına çağırış kimi qiymətləndirilə bilər:

 

“ Ermənistan bəzən özündən asılı olmayan səbəblərdən prosesi uzadır, bəzən isə Azərbaycandan fərqli olaraq özü ləng hərəkət edir. İndi cənab Prezident yumşaq və uyğun bir tərzdə onlara mesaj verir ki, hərəkətlənmək lazımdır. Çünki bu yolun işə düşməsi sadəcə Azərbaycan üçün deyil, həm Ermənistan, həm də dünya üçün faydalıdır. Yəni bunu Ermənistana nəzakətli bir çağırış kimi də qiymətləndirmək olar. Layihənin reallaşması sadəcə Qarabağ və Şərqi Zəngəzurun deyil, bütövlükdə Qərbi Zəngəzurun da inkişafına təkan verəcək. Hazırda Ermənistan ərazisi sayılan bölgələrin, eləcə də Naxçıvanın nəhayət rahat nəfəs almasına səbəb olacaq. Bundan əlavə, Azərbaycan Respublikasının əsas ərazisi ilə qardaş Türkiyə arasında daha elastik və rahat bağlantı yaranacaq. Bizim üçün daha rahat gediş-gəliş imkanları formalaşacaq. Eyni zamanda biznesin və ticarətin inkişafına da ciddi töhfələr veriləcək".


Şərhçinin sözlərinə görə, faktiki olaraq bu məsələ bir tərəfdən iqtisadi üstünlüklər vəd edir, digər tərəfdən isə siyasi üstünlüklər yaradır:

 

“Azərbaycan artıq başqa ölkələrdən və üçüncü tərəflərdən asılı vəziyyətdən qurtulmuş olacaq. Hazırda biz Naxçıvanla əlaqələri müəyyən çətinliklərlə həyata keçiririk və daha çox hava nəqliyyatından istifadə olunur. Amma dəmir yolu və avtomobil yolları istifadəyə veriləndən sonra bu problem faktiki olaraq həllini tapacaq. Bu marşrutun işə düşməsi, əlbəttə ki, Çin-Avropa və ümumilikdə dünya ticarət əlaqələrinə əlavə töhfə verəcək. Alternativlər, xüsusilə də bu cür əlverişli alternativlər nə qədər çox olarsa, Çin ticarətinin Avropaya açılması və əks istiqamətdə daşımaların təşkili üçün əlavə imkanlar yaranacaq. Azərbaycan bu məsələdə faktiki olaraq mərkəzi nöqtə rolunu oynayır. Yəni biz bununla təkcə öz məsələlərimizi həll etmirik, eyni zamanda dünyanın böyük ticarət və iqtisadi tərəfdaşlarına əlavə imkanlar təqdim etmiş oluruq”.

 

Selcan Xudiyeva

#bakıdan #xəbər #gəlmək #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər