Azərbaycan Prezidenti: "İqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır"
İlham Əliyev bildirib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi artıq reallığa çevrilib. Qeyri-neft sektorunun ÜDM-də payı 70%-i keçib.
"Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük".
"İnformator.az" "AZƏRTAC" -a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı səsləndirib.
"Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb.