00:00:00
Yazar
Zəhra Həsənova
19.05.2026 14:03 101 2 dəq oxuma
Siyasət

"Azərbaycan qlobal müzakirələrin aparıldığı etibarlı məkan kimi dünyanın diqqət mərkəzindədir" - RƏY

"Azərbaycan qlobal müzakirələrin aparıldığı etibarlı məkan kimi dünyanın diqqət mərkəzindədir" - RƏY

Azərbaycan artıq beynəlxalq diplomatiya, qlobal inkişaf gündəliyi və strateji müzakirələrin aparıldığı etibarlı məkan kimi dünyanın diqqət mərkəzindədir. Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az” a açıqlamasında bildirib ki,Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi etibarlı ölkəyə çevrilib:

 

“Təbii ki, Azərbaycan son illərdə nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi əsas məkanlardan birinə çevrilib. Bu isə təsadüfi deyil. Azərbaycan artıq belə tədbirləri yüksək səviyyədə təşkil etmək gücündə olan etibarlı dövlət kimi tanınır. Bu gün bir çox beynəlxalq qurum və təşkilat tədbirlərin keçirilməsi üçün Azərbaycana güvənli məkan kimi yanaşır. BMT vasitəsilə WUF13 kimi önəmli forumun Azərbaycana həvalə olunması da bunun bariz nümunəsidir. Səbinə xanımın fikirləri də məhz Azərbaycanın xarici siyasətdə qazandığı uğurların göstəricisidir. Ölkəmiz beynəlxalq tədbirlərdə fəallığını artırmaqla siyasi imicini daha da gücləndirib. Xüsusilə ,  44 günlük Vətən müharibəsindən sonra formalaşan bu siyasi nüfuz, COP29 və WUF13 kimi tədbirlərlə daha da möhkəmlənir. COP29-dan sonra WUF13-ün də Azərbaycanda keçirilməsi ölkəmizin artıq dünyanın aparıcı dövlətləri sırasında yer aldığını göstərir. Burada Azərbaycanın diplomatik siyasətinin də mühüm rolu var. Bu siyasət nəticəsində həm beynəlxalq tədbirlərin sayı artır, həm də ölkəmizin beynəlxalq mövqeyi güclənir. Əlbəttə, belə tədbirlər zamanı müəyyən sıxlıqlar və çətinliklər yaşana bilər. Lakin bunlar müvəqqətidir. Əsas olan Azərbaycanın tarixdə COP29 və WUF13 kimi nüfuzlu tədbirləri yüksək səviyyədə təşkil edən ölkə kimi qalmasıdır”.

 

Arzu Poladova

#rəy #dünyanın #etibarlı #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər