00:00:00
Yazar
Səadət Əlizadə
13.04.2026 18:30 15 1 dəq oxuma
İdman

Azərbaycan stolüstü tennisçiləri Türkiyə Superliqasının mükafatçısı olublar

Azərbaycan stolüstü tennisçiləri Türkiyə Superliqasının mükafatçısı olublar

Azərbaycan stolüstü tennisçiləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova Türkiyə Superliqasının bürünc mükafatını qazanıblar.


"İnformator.az" xəbər verir ki, "Masa Der Spor Klubu"-dan dəvət alan milli komandanın üzvləri Ankara təmsilçisinin üçuncü yeri tutmasında muhüm rol oynayıblar.

 

Təcrübəli idmançılar "Masa Der Spor Klubu"nun son iki turun 9 qarşılaşmasından 7-də qazandığı qələbələrdə əsas pay sahibi olublar.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı yarışda çempion adını "Çukurova Universitesi" komandası qazanıb. İkinci yeri isə "Çorum Belediyyesi ASK" kollektivi tutub.

#yeni #mükafatçısı #gündəm #olublar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər