00:00:00
Yazar
Ayşən Səlimova
02.04.2026 20:25 20 2 dəq oxuma
Siyasət

Azərbaycan–TDT görüşü: əməkdaşlıq yeni mərhələyə keçir

Azərbaycan–TDT görüşü: əməkdaşlıq yeni mərhələyə keçir

Aprelin 1-də Azərbaycanın Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb. Görüşdə təşkilat çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatın beynəlxalq nüfuzunun daha da artırılmasının vacibliyi vurğulanıb

 

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, təşəbbüskar və koordinasiyaedici rolunun daha da gücləndiyini göstərir:

 

“Azərbaycan Baş Naziri ilə Kubanıçbek Ömuralıyev arasında keçən görüş Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın artıq formal bəyanatlardan praktiki koordinasiyaya keçdiyini nümayiş etdirir. Bu görüş bir daha göstərdi ki, Azərbaycan bu prosesdə inteqrasiya mərkəzi və təşəbbüskar güc kimi çıxış edir. Bu baxımdan, iki nüfuzlu türk lideri arasında keçən görüş protokol xarakterli görüş kimi qiymətləndirilə bilməz. Bu eyni zamanda Türk Dövlətləri Təşkilatı daxilində yeni siyasi mərhələnin başladığını göstərən əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir. Görüş zamanı müzakirə olunan məsələlər, bu məsələlərin geniş spektri əhatə etməsi Azərbaycanın təşkilat daxilində təşəbbüskar və koordinasiyaedici rolunun daha da gücləndiyini göstərir. Bu, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, həm də gündəm formalaşdıran, gündəm formalaşdıran dövlət olduğunu təsdiqləyir. Görüşdə müxtəlif sahələrdə əməkdaşlığın müzakirəsi onu bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilat sadəcə mədəni platforma deyil, eyni zamanda siyasi-iqtisadi blok kimi də artıq formalaşıb. Və uzunmüddətli perspektivdə təşkilat regional güc mərkəzinə çevrilə bilər və gələcəkdə hərbi ittifaqa çevrilməsi də mümkün ola bilər. Görüşdə müxtəlif sahələrdə əməkdaşlığın müzakirəsi Azərbaycanın tranzit ölkə kimi çəkisinin artmasını bir daha nümayiş etdirməklə yanaşı, Orta Dəhliz kimi layihələrin strateji əhəmiyyətini də ön plana çıxarır. Görüş zamanı eyni zamanda humanitar məsələlərin müzakirəsi ortaq kimlik və mədəni yaxınlaşmanın gücləndirilməsinə xidmət edir. Bu isə siyasi inteqrasiyanın sosial bazasını möhkəmləndirir”.

 

Aydan Əsgərxanlı

#Siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər