00:00:00
Yazar
Nərmin Həşimova
18.05.2026 14:05 84 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycan-Türkiyə ekoloji əməkdaşlığında yeni mərhələ: Murat Kurumun Bakı səfəri

Azərbaycan-Türkiyə ekoloji əməkdaşlığında yeni mərhələ: Murat Kurumun Bakı səfəri

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum mayın 18-də Bakıya səfər edəcək. Səfər Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutacaq. Nazir Bakıda Azərbaycanın müvafiq naziri ilə görüşəcək və bir sıra müqavilələrin imzalanması gözlənilir.

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ətraf mühit üzrə ekspert Rövşən Abbasov bildirib ki, Murat Kurumun Bakıya səfəri Azərbaycan və Türkiyə arasında ekologiya və iqlim dəyişiklikləri sahəsində əməkdaşlığın daha da güclənəcəyinin göstəricisidir: 


"Xüsusilə iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının idarə olunması, şəhər ekosistemlərinin qorunması, tullantıların idarə edilməsi və yaşıl şəhərsalma kimi istiqamətlər ön plana çıxır. 
Transərhəd çaylarla bağlı əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Kür hövzəsində suyun keyfiyyəti, çirklənmə, su qıtlığı və iqlim dəyişikliklərinin yaratdığı risklər region ölkələri üçün ortaq problemdir. Bu baxımdan Azərbaycan və Türkiyə arasında su resurslarının idarə olunması, monitorinq sistemləri və ekoloji təhlükəsizlik üzrə təcrübə mübadiləsi vacibdir. Kür çayının yuxarı hissələrində su götürmələrinin Azərbaycanın maraqlarına uyğun olaraq tənzimlənməsi iki qardaş ölkə arasında müzakirə edilməli olan əsas məsələdir”.

 

Mehriban Yariyeva

#Azərbaycan #Türkiyə #səfər #münasibətlər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər