00:00:00
Yazar
Nərmin Həşimova
16.10.2026 18:25 51 2 dəq oxuma
Siyasət

Azərbaycan-Türkiyə münasibətlərini pozmaq cəhdləri nəticəsiz qalacaq

Azərbaycan-Türkiyə münasibətlərini pozmaq cəhdləri nəticəsiz qalacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı açıqlamaları iki ölkə arasındakı əlaqələrin dərinliyini bir daha gündəmə gətirib. Tarixi, mədəni və milli bağlara əsaslanan münasibətlərin qorunması və inkişaf etdirilməsi hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri yalnız dövlətlərarası əlaqələrlə məhdudlaşmır:


“Həm də xalqların ortaq tarixinə, mədəniyyətinə və milli bağlarına söykənir. Hakan Fidanın Azərbaycan və Türkiyə münasibətləri ilə bağlı söylədikləri tam həqiqəti əks etdirir. Bizim münasibətlərimiz olduqca dərindir. Bu, yalnız hakimiyyətlər və dövlətlərarası münasibətlər deyil, eyni zamanda cəmiyyətlərarası münasibətdir. Biz bir millət, iki dövlətik və münasibətlərimiz bu prinsip əsasında formalaşıb. Bu bağlar mədəni, tarixi, milli və etnik əlaqələrə söykənir. Müstəqillik illərində münasibətlərimiz hər il daha da dərinləşib və intensiv xarakter alıb. Son dövrlər sosial şəbəkələrdə yayılan paylaşımlar və keçirilən aksiyalar iki ölkə arasındakı münasibətlərə təsir göstərmək məqsədi daşıyır. O hesab edir ki, bu cür cəhdlər nəticə verməyəcək. Son dövrlərdə sosial şəbəkələrdə yayılan xoşagəlməz paylaşımlara, aparılan təbliğat kampaniyalarına və keçirilən aksiyalara baxmayaraq, bunları qətiyyən qəbulolunmaz hesab edirik. Bu addımlar iki dövlət və iki cəmiyyət arasındakı münasibətləri pozmağa yönəlib. Hesab edirəm ki, xüsusilə şəbəkələşmiş, xaricdən və Türkiyədəki bəzi çevrələr tərəfindən yönləndirilən bu hərəkətlər heç bir nəticə verməyəcək. Həm Türkiyə, həm də Azərbaycan cəmiyyətində hər kəs anlamalıdır ki, Türkiyə Azərbaycan üçün, Azərbaycan da Türkiyə üçün olduqca dəyərli və vacib tərəfdaşdır. Biz ayrı-ayrılıqda güclü olsaq da, birlikdə daha güclüyük”.


Oqtay Qasımov qeyd edib ki, Azərbaycan gücləndikcə, Türkiyə və türk dünyası ilə əlaqələri dərinləşdikcə bu prosesə qarşı çıxan çevrələrin fəaliyyəti də arta bilər:


“Buna görə də hər iki ölkənin münasibətlərin qorunmasına diqqət yetirməsi vacibdir. Azərbaycan gücləndikcə, Türkiyə ilə və türk dünyası ilə bağlar dərinləşdikcə buna qarşı müqavimət də güclənəcək. Bu, əvvəlcədən gözlənilən idi. Biz dövlət, cəmiyyət və millət olaraq bu məsələləri dərindən anlamalı və buna qarşı müvafiq tədbirlər görməliyik. Türkiyədə Azərbaycan əleyhinə aparılan kampaniyalar qısa müddətdə səngiyəcək və iki ölkə arasındakı münasibətlər inkişaf etməkdə davam edəcək. Bütün bu təxribatlara baxmayaraq, Türkiyə ilə münasibətlərimiz dərinləşməkdə davam edəcək. Azərbaycan və Türkiyə arasında hərbi təlimlərin keçirilməsi, eləcə də müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq yeni razılaşmalar əlaqələrimizin möhkəmliyini göstərir. Xaricdən yönləndirilən qrupların cəhdlərinə baxmayaraq, münasibətlərimiz bundan sonra da güclənəcək”.


Güllüzar Nəbili

#yeni #münasibətlərini #qalacaq #pozmaq #azərbaycan-türkiyə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər