00:00:00
Yazar
Lalə Qafarova
06.05.2026 20:28 77 2 dəq oxuma
Siyasət

Azərbaycan və Avropa İttifaqı Arasında Tərəfdaşlıq: enerji, ticarət və təhlükəsizlik

Azərbaycan və Avropa İttifaqı Arasında Tərəfdaşlıq: enerji, ticarət və təhlükəsizlik

 


İlham Əliyev Avropa İttifaqı ilə enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığın perspektivlərini vurğulayıb.


Azərbaycanın Aİ üçün etibarlı enerji tərəfdaşı olduğu qeyd edilib, qaz ixracının Almaniya və Avstriyaya çatdırıldığı bildirilib.


Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə genişlənən enerji tərəfdaşlığı qitənin enerji təhlükəsizliyini təmin edən əsas amillərdən biridir:


“Azərbaycan ilə Avropa İttifaqı arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq bu gün Avropa üçün olduqca əhəmiyyətli bir mərhələdədir. Hazırda Avropa İttifaqına üzv olan on ölkənin qaz təchizatı üzrə əsas tədarükçülərindən biri Azərbaycandır. Son olaraq Almaniya və Avstriyaya Azərbaycan qazının nəql edilməsi onu göstərir ki, iqtisadi sahədə, xüsusilə də enerji əməkdaşlığı istiqamətində münasibətlər Azərbaycan və Avropa İttifaqı arasında artan dinamika ilə davam edir”.


Politoloq vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin inkişafı ticarət, habelə informasiya, kəşfiyyat və əks-kəşfiyyat sahələrindəki əməkdaşlığın genişlənməsi ilə daha da güclənəcəkdir: 


“Ticarət və təhlükəsizlik əməkdaşlığı istiqamətində də münasibətlərin inkişaf etdirilməsi mühüm yer tutur. Hesab edirəm ki, bu proses həm qarşılıqlı informasiya təhlükəsizliyi, həm də kəşfiyyat və əks-kəşfiyyat əməkdaşlığı sahəsində əlaqələrin genişlənməsi ilə özünü daha qabarıq şəkildə göstərəcəkdir”.


T. Əliyev qeyd edib ki, Azərbaycan məhsullarının Avropaya ixracı və müasir texnologiyaların ölkəyə gətirilməsi sahəsindəki geniş potensial, Avropa İttifaqı ilə iqtisadi əlaqələrin gələcək inkişafı üçün yeni perspektivlər açır:


“Ticarət məsələlərinə gəldikdə isə həm Azərbaycan məhsullarının Avropa bazarına çıxarılması, həm də qabaqcıl Avropa texnologiyalarının Azərbaycana gətirilməsi baxımından kifayət qədər ciddi potensial mövcuddur. Azərbaycanın Avropanın aparıcı iqtisadiyyatlarından olan İtaliya kimi ölkələrlə geniş ticarət əlaqələrinə malik olması, bu növ münasibətlərin gələcəkdə Avropa İttifaqı formatında inkişaf etdirilməsi üçün yeni perspektivlər vəd edir”.



Aydan Əsgərxanlı

#gündəm #Azərbaycan #Avropa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər