00:00:00
Yazar
Səadət Əlizadə
22.04.2026 19:13 24 1 dəq oxuma
Siyasət

Azərbaycan və Gürcüstanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib

Azərbaycan və Gürcüstanın hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib

Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Tərəflər hər iki ölkənin hərbi qanunvericiliyinin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində uyğunlaşdırılması, eləcə də bir sıra digər məsələlərə dair müzakirələr aparıblar.

#azərbaycan #görüşü #işgüzar #hüquqşünaslarının #keçirilib
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər