Azərbaycan və MEDİA nümayəndələri Türkiyədə dezinformasiya mərkəzini ziyarət edib
Ziyarət zamanı mərkəzin fəaliyyəti, layihələri və dezinformasiya ilə mübarizə üsulları barədə məlumat verilib, ikitərəfli görüşdə isə informasiya təhlükəsizliyi, rəqəmsal mediada etibarlı məlumat mühiti və analitik təhlil imkanlarının gücləndirilməsi müzakirə olunub.
Mövzu ilə bağlı media eksperti “İnformator.az”a açıqlamasında bildirib ki, informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizənin effektivliyini artıra bilər:
“Rəqəmsal texnologiyaların, xüsusilə, deepfake proqramlarının və sosial şəbəkələrin sürətli inkişafı dezinformasiyanın yayılmasını xeyli artırıb. World Economic Forum dezinformasiyanı artıq qlobal risklər sırasında ön sıralarda göstərir və bunun informasiya mühitini çirkləndirdiyini vurğulayır. Bu təhlükənin qarşısını almaq üçün dövlətlər qanunvericiliyi gücləndirir, media savadlılığını artırır və texnoloji həllərə üstünlük verirlər. Azərbaycanda bu istiqamətdə əsas rol oynayan qurumlardan biri Medianın İnkişafı Agentliyi-dir. Eyni zamanda, bir sıra ölkələrdə dezinformasiyaya operativ reaksiya vermək üçün xüsusi mərkəzlər yaradılıb. Bu baxımdan Türkiyədə fəaliyyət göstərən Dezenformasyonla Mücadele Merkezi nümunəvi model sayılır. MEDİA ilə bu qurum arasında əməkdaşlıq təcrübə mübadiləsini gücləndirə, birgə layihələr vasitəsilə informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizənin effektivliyini artıra bilər”.
Aydan Əsgərxanlı