00:00:00
Yazar
Səadət Əlizadə
29.04.2026 20:52 16 3 dəq oxuma
Siyasət

Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq dərinləşir

Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq dərinləşir

Azərbaycan və Türkmənistan arasında qardaşlığa, qarşılıqlı hörmətə və strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq möhkəmlənməyə davam edir.

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanla Türkmənistan arasında çoxşaxəli əlaqələr mövcuddur və əsas burada inkişaf sahələri kimi energetika sahəsi göstərilir:

 

"Çünki bizim çox oxşar göstəricilərimiz var. Yəni Türkmənistan da Azərbaycanla neft- qaz ölkəsidir və digər tərəfdən də elə sovet illərindən bəri bizim mütəxəssislər Türkmənistanın bu sahəsinin inkişafına xeyli dərəcədə  köməkliklər göstəriblər. Demək olar ki, o Türkmənistanın neft- qaz kompleksinin, ümumiyyətlə, bu sektorun, energetika sektorunun yaranıb ayaq üstə qalxmasında Azərbaycanın çox böyük rolu olub. İki müstəqil dövlət kimi biz münasibətlərimizi genişləndiririk. Əfqanıstanla Azərbaycan arasında da tarixi əlaqələr olub. Əfqanıstan bir qədər bizdən coğrafi baxımdan uzaqda durubsa da, o münasibətlərimizi gücləndirməyə mane olmur. Və Azərbaycan bunun metodologiyasını, imkanlarını görür və ona görə də vaxtilə biz Türkmənistanı həm Əfqanıstanı özümüzə yaxınlaşdırırdıq. Çünki, ümumiyyətlə Orta Asiyada Azərbaycanın özünün xüsusi rolu var".

 

Politoloq vurğulayıb ki, Mərkəzi Asiya ölkələrinin liderlərinin, rəhbərlərinin bir formatı var:

 

"Oraya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəvət olunub və rəsmi qayda da oranın tam hüquqlu üzvüdür. Ona görə də Türkmənistanla da, əlbəttə ki, bizim birincisi dəniz üzrə əlaqələrimiz var. Parom daşımaları, digər tərəfdən Avrasiya məkanında bu orta dəhliz deyilən xəttin üzərində elə Türkmənistanın xüsusi rolu var. Yəni dənizlə intermodal daşımalarda biz birlikdə iştirak edirik. Və bunlar onu göstərir ki, yəni biz Avrasiya məkanında böyük bir sahəni öz qayğıları ilə, öz problemləri ilə biz əhatə edə bilirik və Çindən başlayıb şimalı Avropada bitən dəhlizin ürək nahiyyəsində demək olar ki, biz yerləşmişik və ona görə də Azərbaycan özü nəqliyyat xabı kimi demək olar ki, bütün şaxələnmələrin imkanlarını nəzərdən keçirir və biz bildiririk ki, əgər qonşuluq siyasətimiz güclüdürsə, bir-birimizə böyük etimad varsa, onda biz bu imkanlardan istifadə etməliyik. Yəni söhbət həm də milli iqtisadi proqramlar nəzdində imkanların genişləməsindən gedir ki, biz də bunu həm özümüz üçün görür, rəva bilirik, həm də digərlərinə rəva bilirik. Təhlükəsizlik məsələləri bizim üçün çox öndədir".

 

Həmçinin politoloq qeyd edib ki, son dövr ərzində Azərbaycanın siyasi rəhbəri istənilən dövlət və hökumət rəhbərləri ilə danışıqlar aparanda müxtəlif dövlətlər, ilk növbədə orda hərbi sənaye konfliksinin güclənməsi ilə bağlı xüsusi müddalar olur:

 

"O cümlədən də bizim elə yanaşmamız da bundan ibarətdir ki, ordumuz, güc strukturlarımız daim hazırlıqda olsunlar və biz Türkmənistanla da, necə ki, Özbəkistanla, Qazaxıstanla bu sahədə ümumi tədbirlərimiz,  təlimlər olub. Elə Türkmənistanla da biz onları keçirməyə həmişə hazırıq. Və elə bilirəm ki, Türkmənistanın özünün ürəyindən keçən də bir istəkdir ki, bu sahədə Azərbaycanın böyük təcrübəsi var. Söhbət müsbət təcrübədən gedir  və o təcrübə ilə Azərbaycan qardaş dövlətlərinin hamısıyla bölüşməyə həmişə hazır olub. Ona görə də hesab edirəm ki,  bu məsələ də açıq-aşkar şəklində gündəmdə var və onunla bağlı da demək olar ki, baxışlar üst-üstə düşür. Bizim iki ölkəmizin bir-birinə güvənməsi, əməkdaşlığımızı gücləndirmək, bu həm də böyük bir ərazinin maraqlarına, yəni böyük Avrasiya ərazisinə, sonra Türk Dövlətləri Təşkilatına düşən bütün parametrlərin hamısına uyğun gələn, uyğun sayılan bir istəkdir. Odur ki, bu proseslərin hamısının önündə gedən odur ki, Azərbaycan beynəlxalq gündəliklərinin hamısında həddən artıq konstruktiv mövqe tutur. Bütün vacib olan məsələlərdə əməkdaşlıqda biz fəal mövqedəyik, o cümlədən də dost, qardaş ölkələrlə də həmahəng hərəkət etməyə də hazırıq və burda da Türkmənistan istisna deyil".

 

Günel Əlili

#türkmənistan #arasında #gündəm #baki #dərinləşir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər