00:00:00
Yazar
Səadət Əlizadə
09.04.2026 16:56 21 1 dəq oxuma
İdman

Azərbaycan Yüksək Liqasında meydanda ən azı iki yerli voleybolçunun yer alması tələbi olacaq

Azərbaycan Yüksək Liqasında meydanda ən azı iki yerli voleybolçunun yer alması tələbi olacaq

Azərbaycan Yüksək Liqasında növbəti mövsüm mühüm yeniliklərdən biri meydanda ən azı iki azərbaycanlı voleybolçunun yer alması tələbi olacaq.

 

İnformator.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev bildirib.

 

F.Qarayev bölgələrlə bağlı layihələrin davam etdiriləcəyini vurğulayıb:

 

"Ən gözəl layihə meydanda ən azı iki azərbaycanlı voleybolçunun olmasıdır. Bu gün qadınlar arasında çempionatda 9 komanda var. İki azərbaycanlı daim meydanda olsa, bu, 18 nəfər edir. Bu da o deməkdir ki, yığma üzvlərinin sayı artır. Həmçinin çalışmalıyıq ki, saydan əlavə, həm də nəticə verə bilsinlər. Bölgələrdə layihələrimiz davam edəcək. 10, 11, 12 yaşlı qızlar seçilməlidir. Voleybola 8-9 yaşında başlanılır".

#yerli #voleybolçunun #xəbər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər