Azərbaycan Yüksək Liqasında "Turan"nın Qadın Voleybolçuları fərqlənib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında “Turan”ın çempionluğu mövsüm boyu nümayiş etdirilən sabit və üstün oyunun məntiqi yekunu kimi qiymətləndirilir. Komanda finalda əzmkarlıq göstərərək titulunu rəsmiləşdirib.
"Düşünürəm ki, tribunaların canlılığı, ümumi oyun atmosferi böyük təsirlərdən biri idi. İlk set komandamız üçün oyuna alışma hesab edilər bilər, lakin sonrada həm azarkeşlərin, həm məşqçi heyətinin, həm də oyunçuların bir-birinə dəstəyi geri dönüşə səbəb olub".
Bu sözləri "Turan" Voleybol komandasının mətbuat katibi Sənan Rəhmanov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, klub mövsümün debütant komandalarından biridir və təbii ki, iddialı olaraq çempionata qoşulub:
"Klubun baş məşqçisi Ziya Rəcəbov Azərbaycan Voleybolu üçün böyük töhfələr vermiş bir mütəxəssisdir və şübhəsiz ki, bu komandanın iddiaları əsassız ola bilməzdi. Komanda tərkibində də təcrübəli legioner oyunçular və ən əsası uzun müddətdir ki, legioner həyatı yaşayan milli voleybolçumuz Ayşən Abduləzimova da mövcud idi. O, 7 il fasilədən sonra ilk dəfə Azərbaycan Yüksək Liqasına iştirak edib və təsadüfi deyil ki, onu Azərbaycana gətirən elə "Turan" idi".
Müsahibin sözlərinə görə, çempionluğa gəldikdə komandamız bütün oyunlara rəqib fərqi olmadan tam surət hazırlıqlarını davam etdirib:
"Disiplin, məqsəd və inam məncə bizə çempionluğu gətirib. Psixoloji hazırlıq komanda üçün böyük faktordur. Kişilərə nəzərən xanımlar daha çox diqqət və qayğı istəyir. Rəhbərlik olaraq onlara müəyyən surprizlər hazırlamışdıq. Final oyunundan bir neçə gün öncə bütün oyunçuların ailə üzvləri ilə əlaqə yaradıb, onlara oyunçularımızdan xəbərsiz dəstək videoları göndərmələrini xahiş etdik və bu videonu ümumi iclas zamanı oyunçularımıza təqdim etdik və düşünürəm ki, oyunçularımızın çempionluq üçün məqsədi 1 qat idisə, bu videodan sonra 5 qat oldu. Bu hədiyyəmizdən sonra onlar bizə çempionluğu gətirəcəklərini söz verdilər və bugün şükürlər olsun ki, onlarla yanaşı bizlər də məqsədimizə çatmış olduq".
Zəhra Möhübbətova