Azərbaycanda benzin istehsalı 7%-dən çox azalıb
2026-cı ilin yanvar ayında Azərbaycanda 114,9 min ton avtomobil benzini istehsal edilib.
"İnformator.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə benzin istehsalı 7,3% azalıb.
Məlumata görə, fevralın 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 65,7 min ton olub.
