00:00:00
Yazar
Nərmin Həşimova
21.04.2026 21:48 97 2 dəq oxuma
Siyasət

"Azərbaycanın çoxtərəfli diplomatiyada fəal rolu gələcək əməkdaşlıqlar üçün mühüm zəmin yaradır" - DEPUTAT

"Azərbaycanın çoxtərəfli diplomatiyada fəal rolu gələcək əməkdaşlıqlar üçün mühüm zəmin yaradır" - DEPUTAT

Müasir beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq və dayanıqlı inkişaf məsələləri getdikcə daha çox ön plana çıxır. Bu baxımdan Azərbaycanın beynəlxalq təşəbbüslərdə fəal iştirakı və çoxtərəfli əməkdaşlığa verdiyi töhfələr xüsusi diqqət çəkir. Xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası çərçivəsində keçirilən Nazirlər Dialoqunda iştirakı ölkənin bu istiqamətdə artan rolunu bir daha nümayiş etdirir.


Mövzu ilə bağlı “İnformator.az”a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Asiya-Sakit Okean hövzəsi müasir dünyada ən strateji əhəmiyyətə malik coğrafiyalardan biridir:


 “Hazırkı beynəlxalq münasibətlər sistemində bu region ölkələrinin həm iqtisadi, həm də hərbi-strateji baxımdan rolu getdikcə güclənir. Bu səbəbdən Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də məhz bu məkanla əlaqələrin daha da möhkəmləndirilməsidir. Sakit Okean hövzəsi eyni zamanda yeni sənaye inqilabı kontekstində texnoloji inkişafın əsas mərkəzlərindən biri kimi çıxış edir. Bu amil həm səmərəli iqtisadi modelin qurulması, həm də təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Belə bir şəraitdə Azərbaycanın bu platformalarda təmsil olunması olduqca vacibdir”.


Deputatın sözlərinə görə, BMT çərçivəsində təşkil edilən bu cür tədbirlərdə Azərbaycanın yüksək səviyyədə iştirakı ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edir: 


“Xarici işlər naziri Ceyhun Bayramovun Nazirlər Dialoqunda iştirakı Azərbaycanın çoxtərəfli diplomatiyada fəal rol oynadığını göstərir və bu, gələcək əməkdaşlıqlar üçün mühüm zəmin yaradır. Azərbaycan coğrafi baxımdan Asiyanın bir hissəsi olmaqla yanaşı, həyata keçirdiyi qlobal nəqliyyat və kommunikasiya layihələri vasitəsilə Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır. Bu layihələr ölkəmizin strateji əhəmiyyətini daha da artırır və beynəlxalq əməkdaşlıq baxımından yeni imkanlar açır”.


Deputat hesab edir ki, bu kimi beynəlxalq platformalarda fəal iştirak Azərbaycanın xarici siyasətinə uzunmüddətli dividendlər qazandıracaq və ölkənin regional və qlobal proseslərdə rolunu daha da gücləndirəcək.

Mehriban Yariyeva

#əməkdaşlıq #region #Azərbaycan #inkişaf
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər