00:00:00
Yazar
Zəhra Həsənova
10.04.2026 21:51 13 2 dəq oxuma
İdman

Azərbaycanın Futzal millisi Gürcüstana məğlub olub

Azərbaycanın Futzal millisi Gürcüstana məğlub olub

Futzal üzrə Azərbaycan millisinin yoldaşlıq oyunları çərçivəsində Gürcüstana məğlub olması komandanın hazırkı durumu və hazırlıq səviyyəsi ilə bağlı sualları aktuallaşdırıb. Qarşıda isə millini daha bir neçə sınaq oyunu gözləyir.


"Məğlub olsaq da, əsas komandanın birliyi, oyununun təşkili, oyunçuların vəhdəti, bir-birini daha yaxşı tanımaqları və əsas meydana çıxacaq həmin dördlüklərin uyğunlaşdırılmasıdır. Onlar bu sayədə praktiki olaraq daha geniş məlumata malik olurlar".

 

Bu sözləri Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, nə qədər beynəlxalq və ya yoldaşlıq görüşləri olacaq, o zaman əsas turnirlərdən daha yaxşı çıxışlar gözləmək olar. Məqsəd inkişaf etdirməkdir:


"Millimiz də, əslində komanda olaraq pis oynamayıb. Ola bilsin ki, biraz yol yorğunluğu, ilk oyun həyəcanı qalib olmağa mane oldu. Güman edirəm və inanıram ki, sabahkı oyunda komandamız daha yaxşı çıxış edəcək. Bunun üçün müəyyən dəyişikliklər planlaşdırılır. Baş məşqçi hazırda bunun üzərində işləyir. İkinci oyundakı hansısa dəyişiklik sadəcə ona məxsusdur. Mənim fikrimcə isə, ikinci oyunda qapıda millinin kapitanı, Emin Kürdov dayanacaq. Ola bilsin ki, o dördlüklərdə müəyyən dəyişikliklər eləyəcək".


Müsahib bu cür qərarların məhz baş məşqçinin əlində olduğunu deyir. O qeyd edir ki, gələcək oyunlarda əsas məqsəd və hədəflərimiz bunlardır:


"Əsas olan milli komandanın, beynəlxalq turnirlərə, Dünya Çempionatına, Avropa Çempionatının seçmə mərhələsinə hazırlığı, saydıqlarıma vəsiqə qazanmasıdır. Payız ayından bir müddət əvvəl seçmə mərhələsinin oyunları olacaq. Məqsəd ora daha yaxşı hazırlaşmaq və nəticə çıxarmaqdır. Beynəlxalq oyunların, yoldaşlıq görüşlərinin çox olması və komandanın iştirakı isə yalnız xeyir gətirə bilər. Gürcüstandan sonra millimiz Qazaxıstan ilə 2 oyun keçirəcək. Arzu edirəm ki, oyunların böyük əhəmiyyəti olacaq və komanda uğurlu çıxış edəcək".


Zəhra Möhübbətova

#millisi #xəbər #azərbaycan #məğlub #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər