00:00:00
Yazar
Zəhra Həsənova
13.10.2026 22:30 39 2 dəq oxuma
Siyasət

Azərbaycanın əməkdaşlıq coğrafiyası Cənub-Şərqi Asiyaya doğru genişlənir - ŞƏRH

Azərbaycanın əməkdaşlıq coğrafiyası Cənub-Şərqi Asiyaya doğru genişlənir - ŞƏRH

Laos Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib ki, Azərbaycanın inkişafının şahidi oluram.

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan son dövrlərdə müxtəlif qitələrdə yerləşən ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirir. Onun sözlərinə görə, bu, Azərbaycanın uğurlu xarici siyasətinin, beynəlxalq və iqtisadi münasibətlər sistemində yerinin və rolunun güclənməsinin göstəricisidir.

 

Politoloq qeyd edib ki, Azərbaycanla Laos arasında diplomatik münasibətlər 1995-ci ildə qurulsa da, indiyədək təmaslar nisbətən seyrək olub. Bununla belə, Azərbaycanın uzaq coğrafiyalarda yerləşən tərəfdaşlarla əməkdaşlığı genişləndirmək üçün potensialı mövcuddur.

 

O vurğulayıb ki, Azərbaycan nəqliyyat-logistika sahəsində müasir tələblərə cavab verən infrastruktura, enerji sektorunda isə geniş əməkdaşlıq imkanlarına malikdir. İqtisadiyyatın digər sahələrində də iki ölkə arasında əlaqələrin inkişafı üçün potensial mövcuddur.

 

Politoloq hesab edir ki, Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində tərəfdaşlıq coğrafiyasını genişləndirməsi gələcəkdə həm Laosla, həm də regionun digər ölkələri ilə çoxşaxəli əməkdaşlığın qurulmasına şərait yarada bilər.
O əlavə edib ki, Laos Azərbaycan üçün Cənub-Şərqi Asiyada əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli tərəfdaş ola bilər. 

 

Onun sözlərinə görə, Laos Prezidentinin Azərbaycana səfəri gələcək mərhələdə ikitərəfli təmasların intensivləşməsinə və əməkdaşlığın müxtəlif sahələri üzrə hüquqi bazanın genişlənməsinə töhfə verə bilər.

 

Politoloqun sözlərinə görə, hazırda Azərbaycanla Laos arasında cəmi iki sənəd mövcuddur. O, gələcəkdə, o cümlədən Laos Prezidentinin səfəri çərçivəsində imzalanan sənədlər əsasında əməkdaşlığın daha geniş sahələri əhatə edəcəyini və ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanların yaranacağını düşünür.

Ada Hacızadə

#gündəm #əməkdaşlıq #cənub-şərqi #doğru
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər