00:00:00
Yazar
Zəhra Həsənova
13.10.2026 23:01 41 1 dəq oxuma
Siyasət

İranlı deputatdan ABŞ-nin mümkün hücumu ilə bağlı açıqlama - ŞƏRH

İranlı deputatdan ABŞ-nin mümkün hücumu ilə bağlı açıqlama - ŞƏRH

İranlı deputat Əhməd Bəxşayeş Ərdəstani bildirib ki, ABŞ-nin hərbi hücumları İran hakimiyyətini devirə bilməz və ciddi siyasi dəyişikliklər yalnız xalqın küçələrə çıxması ilə mümkün ola bilər. O, mümkün hücumlar zamanı İranın yüksək vəzifəli hərbi və siyasi rəhbərlərinin hədəfə alına biləcəyini, Tehranın isə cavab olaraq İsraildəki obyektlərə zərbələr endirmək imkanına malik olduğunu vurğulayıb.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, yeni qarşıdurma baş verərsə, ABŞ və İsrailin İranın ali siyasi və hərbi rəhbərliyini yenidən hədəfə alması istisna deyil.

 

“İranlı deputatın açıqlaması diqqətçəkicidir, çünki İran çox yaxşı bilir ki, 28 fevralda olduğu kimi, yenə Amerika və İsraillə savaş başlanarsa, onun liderləri hədəf alına bilər. Həm 12 günlük savaşda, həm də 40 günlük savaşda İsrail əsasən İranın hərbi siyasət rəhbərliyini, o cümlədən ali dini rəhbəri aradan götürdü. İndi də növbəti belə bir qarşıdurma olarsa, belə bir taktikaların seçiləcəyi istisna deyil”.  
 

Ekspert qeyd edir ki, İran da Amerikanın mövqelərinə, İsrailə zərbələr məruz qoyacaq və bu da yenidən yaxın şərqdə eskalasiyanın artmasına gətirib çıxaracaq.  
 

Oqtay Qasımovun sözlərinə görə, hərbi variant  hər zaman gərginliklər gətirir və bu baxımdan hazırda diplomatiyaya üstünlük verilməsi ilə bağlı təşəbbüslər olsa da, hələlik diplomatiyada prosesləri irəli apara bilməyib.


Arzum Ağazadə

#deputatdan #hücumu #xəbər #şərh #bağlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər