00:00:00
Yazar
Səmayə Səftərova
15.10.2026 20:55 28 1 dəq oxuma
İdman

Azərbaycanın U-20 voleybol millisi yoxlama oyununda qələbə qazanıb

Azərbaycanın U-20 voleybol millisi yoxlama oyununda qələbə qazanıb

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsinə (Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının - EEVZA) hazırlığı Qubada davam etdirir.

 

"İnformator.az" xəbər verir ki, yığma təlim-məşq toplanışı çərçivəsində "Milli Aviasiya Akademiyası"nın gənc qızlardan ibarət komandası ilə yoxlama oyunu keçirib.

 

Görüş millinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, U-20 yığmasının hazırlıq prosesi oktyabrın 19-dək davam edəcək.

#voleybol #Azərbaycan millisi #Avropa çempionatı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər