00:00:00
Yazar
Zəri Bayramlı
06.05.2026 23:45 16 1 dəq oxuma
Sosial

Azərbaycanla Çex arasında nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Çex arasında nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Almaniyada Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik ilə görüşüb.


"İnformator.az" xəbər verir ki, bu barədə Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

 

Qeyd olunub ki, görüşdə ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

"Sonda nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzaladıq. İnanırıq ki, bu sənəd dayanıqlı nəqliyyatın inkişafına, rəqəmsallaşmaya və Orta Dəhliz üzrə əməkdaşlığın güclənməsinə töhfə verəcək", - nazir qeyd edib.

#memorandumu #anlaşma #üzrə #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər