00:00:00
Yazar
Ayşən Səlimova
18.03.2026 20:57 24 2 dəq oxuma
Siyasət

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir

Energetika Nazirliyində Azərbaycan ilə Serbiya arasında energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupun hibrid formatda ilk iclası keçirilib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a bildirib ki, əgər bu əməkdaşlıq çərçivəsində rəqabət üstünlüyü yaranmalı idisə, aralıq ölkələrdə də oxşar üstünlüklər formalaşmalı idi:

 

 

"Azərbaycan-Serbiya əməkdaşlığı yaşıl enerji sahəsində regionda real rəqabət üstünlüyü yaratmır. Belə bir üstünlüyün formalaşması üçün zəruri şərtlər mövcud deyil. Hər iki ölkə coğrafi baxımdan kiçikdir və bir-birindən uzaq yerləşir. Əgər bu əməkdaşlıq çərçivəsində rəqabət üstünlüyü yaranmalı idisə, aralıq ölkələrdə də oxşar üstünlüklər formalaşmalı idi. Bundan əlavə, aralıq və daha cənub regionlarda yaşıl enerji istehsalı və onun bazara çıxarılması üçün daha əlverişli şərait mövcuddur. Azərbaycan və Serbiyanın bu baxımdan nəzərəçarpacaq təbii üstünlükləri yoxdur".

 

 

Müsahib vurğulayıb ki, ölkələr arasında birbaşa sərhəd yoxdur və enerji ötürülməsi üçün bir neçə ölkədən keçmək tələb olunur ki, bu da xərcləri artırır:

 

 

"Uzaq məsafələrə enerji daşınması ümumilikdə baha və səmərəsiz proses hesab olunur. Eyni zamanda, hər iki ölkənin güclü və inteqrasiya olunmuş enerji şəbəkələri də yoxdur ki, regionda dominant mövqe tuta bilsin. Bu baxımdan, əməkdaşlığın iqtisadi səmərəliliyi sual altındadır. Əgər bu təşəbbüsün arxasında siyasi məqsədlər dayanırsa, bu ayrıca müzakirə mövzusudur, lakin iqtisadi baxımdan layihə səmərəsiz, hətta müəyyən hallarda zərərli görünür".

 

 

İqtisadçı qeyd edib ki, bu cür əməkdaşlıqlar daha çox formal xarakter daşıyır və real iqtisadi nəticələr vəd etmir:

 

 

"Daha məqsədəuyğun yanaşma Azərbaycanın qonşu ölkələrlə, xüsusilə də enerji ötürülməsi baxımından daha əlverişli mövqedə olan tərəfdaşlarla əməkdaşlığı genişləndirməsidir. Məsələn, Avropa bazarına çıxış üçün daha optimal marşrutlar mövcuddur. Bu tip layihələr qısa müddətli görüntü yaratsa da, uzunmüddətli perspektivdə nə ölkə iqtisadiyyatına, nə də enerji sektorunun inkişafına ciddi töhfə vermir. Əksinə, qeyri-effektiv qərarlar sektorun zəifləməsinə və resursların səmərəsiz istifadəsinə səbəb ola bilər".

 

 

Səmayə Səftərova

#Siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər