00:00:00
Yazar
Lalə Qafarova
13.04.2026 20:24 15 1 dəq oxuma
İdman

Azərbaycanlı stolüstü tennisçi Ginnes rekordunu yenilənib

Azərbaycanlı stolüstü tennisçi Ginnes rekordunu yenilənib

 

Azərbaycanlı stolüstü tennisçi Nihad Məmmədov stolüstü tennis üzrə yeni dünya rekorduna imza atıb və adını Ginnesin Rekordlar Kitabına yazdırıb. O, topu 17 metr məsafədən oyuna daxil edərək əvvəlki 16.70 metrlik rekordu yeniləyib. Rekord “Şüa İdman Kompleksi”ndə qeydə alınıb.

 

Mövzu ilə bağlı idman eksperti Rövşən Binnətli “İnformator.az”a açıqlamasında bildirib ki, onun bu uğurunun, əlbəttə, Azərbaycan stolüstü tennisinə müsbət təsiri olacaq:

 

“Xüsusilə, stolüstü tennisə yenicə başlayanlar bu idman növünə daha çox bağlanacaq, onu daha çox sevəcək. "Mən də bacararam" prinsipi ilə öz üzərlərində bir qədər də ciddi işləyəcək, peşəkarlıqlarını yüksəltməyə çalışacaqlar. Yeniyetmələrimiz arasında tennisin bu növünə marağın  artmasına da səbəb ola bilər ki, bu da mühüm məsələdir. Düşünmürəm ki, bu amil nüfuzlu beynəlxalq yarışlara dəvətdə xüsusi rol oynasın. Şou xarakterli tədbirlər, təbii ki, istisnadır”.

 

Mələk Hüseynova

#yeni #yenilənib #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər