Azad olunmuş ərazilərdə hüquq və ədalətin qorunması müqəddəs borcdur
Baş prokuror bildirib ki, bu gün şəhidlərin qanı bahasına azad olunmuş torpaqlarda hüququn, ədalətin və sülhün qorunması hər bir əməkdaşın müqəddəs borcudur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, azad olunmuş torpaqlarda hüquq və ədalətin bərpa olunması Azərbaycan dövlət siyasətində ilk növbədə azad torpaqların məskunlaşması istiqamətini prioritet kimi ön plana çıxardır:
“Ən az potensialda bir milyon azərbaycanlının o bölgəyə qayıdıb məskunlaşması kimi baxılır və əlbəttə, geniş şəkildə bu məskunlaşma problemi özündə quruculuğu, tikintinin inşaatı, həyatın vacib elementlərini özündə əks etdirir. Belə olduqda isə əlbəttə ki, tikinti quruculuğu özü ilə ciddi investisiya mühiti tələb edir. Əlbəttə, ilk istiqamət kimi bölgədə minalardan təmizləmə bax bunun əsasını təşkil edir və başqa bir ölkədə isə əsas etibarilə heç tərəddüd etmədən qlobal investisiya quruculuğa cəlb olunması əsas tendensiyadır. Şübhə yoxdur ki, belə bir tikinti quruculuğun, məskunlaşmanın qayıdışı əsasında bu bölgənin təhlükəsizlik faktoru dayanır. Müharibə də, bu faktın ən böyük səbəbi idi. Amma Azərbaycan güclü ordu ilə müharibədə qalib gəldikdən sonra Ermənistanla bağlı, həm də bölgənin özü ilə bağlı təhlükəsizlik şərtlərini dəyişdirdi. Bu baxımdan da bölgənin təhlükəsizlik şəkildə davam etməsi və növbəti mərhələyə qədəm qoyulması özünün əsasını təşkil edir “.
Reyhan Quliyeva
