00:00:00
Yazar
Admin User
16.06.2025 10:58 202 1 dəq oxuma
Siyasət

AZAL bir sıra reysləri ləğv edib

AZAL bir sıra reysləri ləğv edib

Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub.

 


“İnformator.az” AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır:


Bakı - Dammam - Bakı (J2 8205/8206)


Bakı - Bəhreyn - Bakı (J2 505/506)


Bakı - Ər-Riyad - Bakı (J2 8203/8204)


Bakı - Lahor - Bakı (J2 145/146)

 

Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:


18 iyun - 30 iyun tarixlərində Bakı - Təl-Əviv - Bakı


19 iyun - 30 iyun tarixlərində Bakı - Tehran - Bakı

 

Ləğv edilən və ya dayandırılan reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər