00:00:00
Yazar
Admin User
14.06.2025 11:31 209 1 dəq oxuma
Sosial

AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib

AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib.

 

Bu barədə "İnformator.az" “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

 

14 iyun 2025-ci il:

 

Bakı – Tel-Əviv – Bakı (J2 331/332)

Bakı – Nyu-Dehli – Bakı (J2 057/058)

Bakı – İslamabad – Bakı (J2 143/144)

Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

Bakı – Tehran – Bakı (J2 8017/8018)⁠

 

15 iyun 2025-ci il:

 

Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

 

16 iyun 2025-ci il:

 

Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

Bakı – Tehran – Bakı (J2 8017/8018)

 

Qeyd edək ki, Bakı – Təbriz – Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.


AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.


Əlavə suallar yarandığı halda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər