00:00:00
Yazar
Admin User
01.10.2025 17:10 73 2 dəq oxuma
Siyasət

Azərbaycan Avropa İttifaqı üçün nüfuzlu tərəfdaşdır

Azərbaycan Avropa İttifaqı üçün nüfuzlu tərəfdaşdır

İtaliya Prezidenti bəyan edib ki, Avropa İttifaqı Azərbaycanı mühüm və etibarlı tərəfdaş kimi görür. Onun sözlərinə görə, rəsmi Roma Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafına dəstək vermək üçün bütün imkanlardan istifadə edəcək.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və İtaliya arasındakı münasibətlər uzun tarixə dayanır:

 

"İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin may ayının 8-də qurulmuşdu. Hazırda bu münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Azərbaycan və İtaliya arasında 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi, ardınca isə 2018-ci ildə qəbul edilən Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə siyasi əlaqələrin institusional çərçivəsinin müəyyənləşdirilməsində əhəmiyyətli rola malik sənədlərdir. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri və cənab Prezident İlham Əliyevlə görüşü Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin və yeni əməkdaşlıq üfüqlərinin açılmasının təsdiqi kimi dəyərləndirilə bilər. İstər keçirilən görüşdə, istərsə də liderlərin mətbuata bəyanatlarında səsləndirilən fikirlərdə hər iki ölkənin strateji tərəfdaşlığının tarixi və bugünkü reallıqlar tam olaraq öz əksini tapdı deyə bilərik. Prezident İlham Əliyevin də vurğuladığı kimi, İtaliya ilə münasibətlər xüsusi bir inkişaf yoluna qədəm qoyub".

 

Ekspert həmçinin bunu da bildirib ki, İtaliya Prezidenti Mattarellanın Azərbaycan ikinci dəfə səfər etməsi onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq:

 

"Cənab Mattarella da İtaliyanın Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və bu əlaqələrin inkişaf etdirilməsi üçün mümkün olan hər şeyi edəcəklərini deməklə yanaşı ölkəmizi təkcə İtaliya üçün deyil bütövlükdə Avropa İttifaqı üçün nüfuzlu bir tərəfdaş olaraq qiymətləndirib. Nəticə etibarilə Prezident İlham Əliyevin də ifadə etdiyi kimi Azərbaycan və İtaliya arasındakı strateji tərəfdaşlıq sadəcə iki ölkə arasındakı münasibətlərin deyil, həm də dünya miqyasında enerji, təhsil və iqtisadi sahələrdə müsbət dəyişikliklərə yol açan bir əməkdaşlığın təməlini qoyur. Bu, həm də Azərbaycanın dünya siyasətindəki yerini möhkəmləndirən, beynəlxalq arenada daha güclü və etibarlı tərəfdaş olaraq qəbul edilməsini təmin edən bir addımdır".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər