00:00:00
Yazar
Admin User
07.08.2025 10:36 113 1 dəq oxuma
Dünya

Azərbaycan buludlarımızı oğurlayır

Azərbaycan buludlarımızı oğurlayır

Peyk müşahidələri göstərir ki, əvvəllər Aralıq dənizindən keçən və Türkiyədən sonra İrana daxil olan buludlar indi İran sərhədlərinə çatmadan Azərbaycana doğru yönəldilir.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneinin ofisinin mətbuat orqanı olan "Keyhan" qəzeti yazıb.

 

"Ölkədə iqlim dəyişikliyinin baş verməsində düşmənlərin müdaxiləsinin olduğu ehtimalı var”, - qəzet əlavə edib.


“Keyhan” yazının davamında İranda iqlim dəyişikliyinin baş verməsi üçün İsrailin Türkiyə ilə əməkdaşlıq etdiyi də iddia edib:

 

“Hazırda Türkiyədəki 75 İsrail şirkəti İranın iqlim dəyişikliyi layihəsinə fokuslanıb”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər