00:00:00
Yazar
Admin User
01.10.2025 17:16 82 1 dəq oxuma
Dünya

Azərbaycan–Çin strateji tərəfdaşlığı

Azərbaycan–Çin strateji tərəfdaşlığı

Çin Xalq Respublikasının 76-cı ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Szi Cinpinə təbrik məktubu göndərib. Məktubda Azərbaycan–Çin əlaqələrinin siyasi, iqtisadi, enerji, nəqliyyat, investisiya və humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

 

2003-cü ildən bəri Prezident Əliyevin Çinə bir neçə rəsmi səfəri olub. 2015-ci ildə “İpək Yolu İqtisadi Kəməri” ilə bağlı memorandum imzalanıb, 2022-ci ildə isə Səmərqənddə iki ölkə rəhbərləri münasibətlərin yeni istiqamətlərini müəyyənləşdiriblər.

 

2024-cü ildə Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat qəbul olunub. 2025-ci ildə Prezident Əliyev Çinə iki dəfə səfər edib ki, bu da əlaqələrin hərtərəfli inkişafını göstərir.

 

Azərbaycan “Bir Çin” siyasətini dəstəklədiyini bəyan edib, Çin isə öz növbəsində Azərbaycanın sülh təşəbbüslərinə dəstək verib.

 

Caliber

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər