00:00:00
Yazar
Admin User
27.08.2025 17:38 126 3 dəq oxuma
Siyasət

Azərbaycan Çin turizm bazarına hazırlıq tədbirlərini sürətləndirir

Azərbaycan Çin turizm bazarına hazırlıq tədbirlərini sürətləndirir

Azərbaycan Turizm Bürosunun rəhbəri Florian Zenqstşmid bildirib ki, Çin dünyanın ən böyük xarici turizm bazarıdır və Azərbaycanın bu bazardakı payı artmaqdadır. Vizasız rejim bu prosesi sürətləndirir və Azərbaycanı çinli turistlər üçün cəlbedici edir. Onların əsas tələbləri Çin dilində bələdçilər, rahat naviqasiya, uyğun hotellər, ödəniş sistemləri və restoranlardır. Artıq bəzi hotellərdə mandarin bilən əməkdaşlar işləyir, “UnionPay” terminalları quraşdırılıb. Çin restoranlarının sayı artır. Bu istiqamətdə səyləri gücləndirmək üçün “China Ready” proqramına start verilib.

 

Məsələ ilə bağlı turizm eksperti Rəhman Quliyev bildirib ki, Çinlə Azərbaycan arasındakı sıx əlaqələr təkcə turizmdə deyil, bütün sahələrdə inkişaf edir:

 

“Azərbaycan turizmi uzun illərdir Çin bazarı üçün böyük çabalar göstərib. Bugünkü gündə ən sürətli şəkildə Azərbaycana dönüş cənab Prezident İlham Əliyevin Çinə səfərindən sonra başlayıb. Azərbaycan və Çin arasında sıx əlaqələrin olması, müxtəlif sahələrdə qarşılıqlı memorandumların imzalanması Çin xalqında Azərbaycana qarşı böyük bir güvən yaradıb. Ölkəmizə gəlməyə daha çox meylli olublar. Bu baxımdan, Çinlə Azərbaycan arasında qarşılıqlı viza rejiminin ləğvi hər iki ölkə arasında turist mübadiləsinin artmasına mühüm töhfə verəcək. Hər iki ölkə arasında turist mübadiləsində və yaxud da ki, digər əməkdaşlıqda bir inqilabi dəyişikliklər olacaq. Yəni, biz bunun artıq şahidi oluruq ki, azərbaycanlı iş adamları kütləvi şəkildə Çinə gedirlər. Çinli iş adamları və turistlər Azərbaycana gəlirlər. Bu da bütün sahələrdə öz mövqeyini qoruyub saxlayacaq. Azərbaycanda yeni yerli istehsalın inkişafı üçün Çin istehsalı olan yeni nəsil avadanlıqların quraşdırılmasına həm yerli sahibkarlar, həm də çinli tərəfdaşlar maraq göstərirlər. Bu isə ölkədə yeni istehsal sahələrinin və paralel olaraq iş yerlərinin açılmasına, istehsal gücünün artmasına, həmçinin həmin məhsulların üçüncü ölkələrə ixracına imkan yaradacaq. Bu isə iqtisadiyyatın çinlə bərabər inkişaf etməsi, yeni nəsil avadanlıqlarla bütün dünya bazarına çıxması deməkdir”.

 

Ekspert həmçinin bunu bildirib ki, Azərbaycanla Çin arasında turist mübadiləsinin digər ölkələrə birbaşa təsiri yoxdur: 

 

“Turizm bir dalğa kimidir. Əlbəttə, bu gün dünyada baş verən siyasi qalmaqallar və iğtişaşlar turizmin inkişafına çox ciddi təsir göstərir. Yəni dünyada baş verən belə siyasi gedişlərə görə istiqamət dəyişə bilər. Bu, normal haldır. Çünki Azərbaycan xalqı təhlükəli yerlərə getməkdən çəkinir. Təyyarələrin hər hansısa bir təhlükə yaradacaq bir ölkənin üzərində keçib Azərbaycana gəlməsi də turistlər üçün təhlükə mənbəyi ola bilər. Amma heç bir halda Çinlə Azərbaycan arasındakı dostluq və çoxşaxəli müqavilələrin bağlanması, əməkdaşlığın genişlənməsi nə Türkiyəyə, nə də Rusiyaya ziyan vurur. Çünki Türkiyənin sahillərində istirahət etmək istəyən vətəndaşlar mövsümə görə yayda Türkiyəni seçəcəklər. Çində isə yay mövsümü zamanı elə bir turistik yer məhdud saydadır. Bu baxımdan da, bunları fəsilə görə biz bunu başa düşməliyik. İstənilən ölkə ilə biz əlaqələrimiz mümkündür, genişdir. Ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət nəticəsində Ermənistan istisna olmaqla Azərbaycan bütün ölkələrlə qarşılıqlı turist mübadiləsini təmin edir. Beləliklə, həm xarici vətəndaşların Azərbaycana gəlməsi, həm də Azərbaycan vətəndaşlarının həmin ölkələrə səfəri maneəsiz şəkildə həyata keçirilir”.

 

Nərgiz Əzizli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər