00:00:00
Yazar
Admin User
10.09.2025 17:41 112 1 dəq oxuma
Siyasət

Azərbaycan diplomatik əlaqələrin genişləndirir

Azərbaycan diplomatik əlaqələrin genişləndirir

Azərbaycanın xaricdə diplomatik nümayəndəliklərinin sayı 93-ə çatacaq,bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev komitənin bugünkü iclasında deyib.

 

Məsələ ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanda diplomatik nümayəndəliklərinin sayının artması, ölkənin beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da güclənməsinə xidmət edir:

 

"Hər bir dövlət regionda mövcudluğunu qorumaq və möhkəmləndirmək üçün diplomatik şəbəkəsini genişləndirməyə çalışır."Əgər dövlət geniş münasibətlər yaradırsa, deməli,onun hədəfləri böyükdür.Eyni zamanda dövlətin qarşısına qoyduğu vəzifələr və məqsədlər də bunu vacib edir",-deye vurğulanıb.
Əlaqələrin genişlənməsivə diplomatik təmsilçiliyin çoxalması, Azərbaycanın daha yaxşı coğrafiyada əməkdaşlıq imkanları qazanmasına şərait yaradır.Bu ölkənin beynəlxalq proseslərdə əsas faktorlarından birinə çevrilmək niyyətini də ortaya qoyur",-deye qeyd olunub.


Nərmin Nəcəfova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər