00:00:00
Yazar
Admin User
04.09.2025 18:16 180 1 dəq oxuma
Siyasət

Azərbaycan-Ermənistan razılaşması alqışlanıb

Azərbaycan-Ermənistan razılaşması alqışlanıb

Yaponiya Baş naziri Siqeru İşiba ilə Nikol Paşinyanın görüşü zamanı hər hansı konkret sənəd və ya saziş imzalanmadığı barədə məlumat açıqlanmayıb.


Məsələ ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”-a bildirib ki,Daha çox siyasi məsləhətləşmələr və qarşılıqlı münasibətlərin perspektivləri müzakirə olunub:


“Bu baxımdan görüşün simvolik və siyasi məna daşıdığı görünür.
Ermənistan Yaponiya ilə əməkdaşlıqda əsasən iqtisadiyyat, texnologiya, infrastruktur və humanitar sahələrə üstünlük verir. Yaponiyanın yüksək texnologiyalar və maliyyə imkanları Ermənistan üçün iqtisadi inkişaf və investisiya baxımından cəlbedici hesab olunur. Bundan əlavə, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq da gündəmdədir.


Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı Yaponiya birbaşa vasitəçi rolunda çıxış etmir. Lakin Tokio beynəlxalq hüquqa əsaslanan yanaşmanı dəstəkləyir və tərəfləri dialoqa təşviq etməklə prosesə mənəvi-siyasi dəstək verə bilər. Yaponiya daha çox beynəlxalq arenada sülh təşəbbüslərinə dəstək göstərməklə, humanitar layihələr və iqtisadi proqramlar vasitəsilə regiondakı sabitliyə töhfə verə bilər”.


Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər