“Azərbaycan-Ermənistan sülh sazişi üçün şəraitin tezliklə yaradılacağına inanırıq”
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Bakıya səfər edərək Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında iştirak edəcək; iclasda ticarət, investisiya, enerji, nəqliyyat və regional sülhün gücləndirilməsi kimi geniş sahələr üzrə əməkdaşlıq müzakirə olunacaq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması, yekun sülh müqaviləsinin bağlanması, təbii ki, Ermənistanda konstitusiya referendumdan sonra Azərbaycana qarşı ərazi iddiaları çıxarılandan sonra bağlanacaq:
“Bunu Ermənistan tərəfi bilir və bunlar Konstitusiya referendumuna gedəcək. Həmçinin Ermənistanda parlament seçkiləri də gözlənilir. İkincisi isə de - fakto: Azərbaycan Ermənistana blokadanı götürür və iki dövlət arasında sülh var. İqtisadi əməkdaşlıq üzrə danışıqlar gedir. Azərbaycandan Ermənistana neft ixrac olunur. Yəni bu proseslər göstərir ki, sülh prosesi inkişaf edir və rəsmi səviyyədə dialoqlar pozitiv müstəvidədir və düşünürəm ki, Ermənistan gələn il 2026-cı ildə üzərinə götürdüyü öhdəliyi yerinə yetirəndən, sonra da sülh müqaviləsi bağlanacaq. Təbii ki, Türkiyə- Azərbaycan hökumətlərarası komissiyanın 3-cü iclasının keçirilməsi, təbii ki, Türkiyə Azərbaycan arasında ticarət, iqtisadi əlaqələri özündə ehtiva edir. Bu onu göstərir ki, iki dövlət müttəfiqdir və Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasına, həmçinin Zəngəzur dəhlizinin növbəti mərhələdə açılışı Ermənistan-Türkiyə əlaqələri və iki dövlət arasında sərhədlərin açılması bu məsələlər müzakirə olunur və konkret qərarlar qəbul olunur. Mən düşünürəm ki, Türkiyə-Azərbaycan məhz koordinasiyalı çalışması regionda sabitliyə mühüm töhfə verib “.
Reyhan Quliyeva
