00:00:00
Yazar
Admin User
10.09.2025 17:05 106 3 dəq oxuma
Siyasət

Azərbaycan Fransa münasibətlərinin yaxın zamanda normallaşması gözlənilir

Azərbaycan Fransa münasibətlərinin yaxın zamanda normallaşması gözlənilir

Bunu Azərbaycanın Fransadaki səfiri Leyla Abdullayeva bildirib. Hal-hazırda Fransada daxili böhran olduğunu vurğulayıb. Böhranın birbaşa təsirini görməsək də, münasibətlərin tezliklə normallaşacağını ümid edirik deyə əlavə edib.


Məsələ ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, münasibətlərin yaxşılaşması hər iki tərəfin maraqlarına uyğun olmalıdır. Amma unutmamalı olduğumuz məqamlar var:

 

“Dövlətlərarası münasibətlərdə əgər münasibətlər soyuqdursa, onun normallaşması asan və ya qısa vadədə öz həllini tapan məsələ deyil. Çünki, soyuq münasibətlər varsa, önəmli məsələlər ətrafında ciddi yanaşma fərqi var. Dövlətlərin maraqları nöqteyi-nəzərindən baxdıqda bu problemlərin həlli də asan olmur. Amma gələcəkdə Azərbaycan-Fransa münasibətlərinin düzəltmək və ya bu istiqamətdə normallaşması prosesindən danışırıqsa və ya bunu görə biləcəyiksə, bu əlbəttə hər iki tərəfin maraqlarına uyğun olacaq. Bunun üçün birinci növbədə Fransa öz ermənipərəst mövqeyindən əl çəkməlidir. Bu gün Ermənistan dövləti artıq özü Qarabağ iddiasından imtina edib. Güya ki, ermənilərin Qarabağdan məcburi çıxarılması məsələsindən imtina edib. Amma hələ də Fransa ermənilərdən daha çox ermənipərəst mövqedə dayanaraq məsələləri qabartmaqdadır. Gərək Fransa birinci bundan imtina etsin. İkinci olaraq Fransa beynəlxalq nüfuzundan, hərçənd ki, bu nüfuz gedərək azalmaqdadır, istifadə edərək Azərbaycana qarşı mənfi, qarayaxma kampaniyaları aparır. Bundan da əl çəkməlidir. Digər tərəfdən Fransa gərək beynəlxalq tranzit layihələri açılması, beynəlxalq qlobal ticarətin təşkil edilməsi məsələlərində də bir tərəfdən işləyəndə Azərbaycanı görməzdən gəlməsin və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşmasın. Əgər ki, bu kimi məsələlər öz həllini tapacaqsa, onsuz da Azərbaycanın dövlət siyasəti müstəqilliyini bərpa etdiyi ilk gündən bu günə qədər dəyişməz olaraq da qalır. Bu siyasət bütün tərəfləri, bütün düz mərkəzləri ilə bərabərhüquqlu, qarşılıqlı əməkdaşlığa, dinc münasibətlərin qurulmasına əsaslanan bir siyasətdir. Bizim Fransaya qarşı hər hansı fərqli mövqeyimiz olmayacaqdır”.


Əlavə olaraq ekspert ABŞ ilə münasibətlərə fikir bildirib:

 

“ABŞ bu gün Donald Tramp iqtidarında Avropa ilə qərəzləşən münasibətlər önündə Fransa ilə bir sıra məsələlərdə əks mövqedə dayanır. Bəzi məsələlərdə Fransa-ABŞ əlaqələri davam edir. O ki qaldı, Fransa-Azərbaycan münasibətlərinə bunlar dəyişkəndir. Bəzən ABŞ elə iqtidar formalaşdırır ki, onlar Azərbaycana qarşı gərəksiz yanaşmalar irəli sürür. Bu da Azərbaycan-ABŞ münasibətlərini korlayır. Bu gün Tramp iqtidarında münasibətlərdə əhəmiyyətli dərəcədə yaxınlaşmanı, hətta strateji olaraq bir sıra layihələrin işlənməsini və bunun gələcəkdə strateji əməkdaşlığa keçməsinin ehtimalından danışırıq. Ona görə də, bugünki Tramp iqtidarından yanaşanda çox güman ki, məsələyə olumlu baxacaq. Bunu öz maraqlarına uyğun görəcək. Amma ABŞ-da başa antiazərbaycan siyasəti yeridən iqtidar gələrsə, o zaman Azərbaycana qarşı yanaşmalar davam edəcək. Avropa ilə münasibətlərin yaxşılaşacağı bir reallıq formalaşaq ki, bu halda həmin iqtidar da öz maraqlarına uyğun addım atacaq. Bu zaman-zaman Azərbaycanı görməzdən gəlmək və ya Azərbaycandan daha çox güzəştlər tələb etməkdə davam edə bilər. Bu gün mahiyyət etibarı ilə isə ABŞ əgər Azərbaycan-Fransa münasibətləri normallaşacaqsa, bunu özünün kollektiv şəkildə Şərqə qarşı mübarizəsində öz strateji maraqlarına uyğun bir hal kimi dəyərləndirə bilər”.


Banuçiçək Qurbanova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər