00:00:00
Yazar
Admin User
11.07.2025 15:05 162 1 dəq oxuma
Siyasət

Azərbaycan Gürcüstanla qaz tədarükünün genişləndirilməsini müzakirə edib

Azərbaycan Gürcüstanla qaz tədarükünün genişləndirilməsini müzakirə edib

Azərbaycan və Gürcüstan arasında elektrik enerjisinin ixracı, tranziti ilə bağlı müzakirələr aparılıb.

 

“İnformator.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazovla Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili arasında keçirilən görüşdə bildirilib.

 

Görüş zamanı Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə qardaşlıq, tərəfdaşlıq və güclü əməkdaşlıq münasibətlərinin mövcud olduğu bildirilib. Dövlət başçıları arasındakı möhkəm münasibətlər, güclü iqtisadi əlaqələr və strateji enerji tərəfdaşlığının ikitərəfli və regional əməkdaşlığın inkişafında əsas amil olduğu vurğulanıb.

 

Bildirilib ki, neft-qaz sahəsində əməkdaşlıq artıq real nəticələr verir. Bu ilin ilk 5 ayında Gürcüstana 1,6 milyard kubmetr qaz tədarükü təmin olunub. 

 

Həmçinin Gürcüstanla birgə Qara dəniz sualtı kabeli və quru xətti ilə Avropa ölkələrinə enerji tədarükü üzrə yaşıl enerji dəhlizi və interkonnektor layihələrinin icrası ilə bağlı müzakirələr aparılıb. Xüsusilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin hər iki ölkə üçün strateji əhəmiyyəti vurğulanaraq, layihə əməkdaşlığın dərinləşdirilməsində mühüm mərhələ kimi dəyərləndirilib. 

 

Söhbət zamanı “Yaşıl Enerji Dəhlizi” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” interkonnektor layihələrində irəliləyişləri təmin edəcək birgə tədbirlərə diqqət yetirilib, koordinasiyalı fəaliyyətin intensivləşdirilməsi razılaşdırılıb. 

 

Azərbaycan Gürcüstanda 2025-ci il oktyabrın 23-də keçiriləcək İpək Yolu Forumuna dəvət edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər