00:00:00
Yazar
Admin User
11.09.2025 08:28 79 1 dəq oxuma
Dünya

Azərbaycan ilə Almaniya gəmiçilik sahəsində "yaşıl texnologiya"lar üzrə müzakirələr aparıb

Azərbaycan ilə Almaniya gəmiçilik sahəsində "yaşıl texnologiya"lar üzrə müzakirələr aparıb

Azərbaycan ilə Almaniya gəmiçilik sahəsindəki mövcud tendensiyalar, o cümlədən rəqəmsallaşma və innovativ həllər, "yaşıl texnologiya"lar üzrə geniş müzakirələr aparıb və bu istiqamətlərdə gələcək əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

 

"İnformator.az" "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) istinadən xəbər verir ki, müzakirələr ASCO nümayəndələri ilə Almaniyanın "Unitron" şirkətinin idarəedici direktoru və hüquqşünası Niko Hans Zibert, o cümlədən Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndə heyətinin görüşündə aparılıb. 

 

Məlumata əsasən, görüş zamanı nümayəndə heyətinə ASCO-nun donanması, fəaliyyət istiqaməti və inkişaf planları barədə ətraflı məlumat təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər