00:00:00
Yazar
Admin User
23.08.2025 06:30 109 1 dəq oxuma
Siyasət

Azərbaycan kriminal avtoriteti Hindistana verib

Azərbaycan kriminal avtoriteti Hindistana verib

 

Azərbaycan Hindistanın ötən il Bakıda həbs edilmiş ən çox axtarışda olan kriminal avtoritetlərindən biri sayılan Mayank Sinqhi ölkəsinə ekstradisiya edib.

 

"İnformator.az" xəbər verir ki, Hindistanın Antiterror Bölməsinin bir qrup əməkdaşı Sinqhi Bakıdan Çarkand ştatının paytaxtı Rançiyə çatdırıb.

 

Sinqh Çarkandın xaricdən ekstradisiya edilmiş ilk qanqsteridir. O, İnterpolun qırmızı bildirişi ilə uzun müddət beynəlxalq axtarışda olub.

 

Sinqh Hindistandan qaçmazdan əvvəl Racastan, Pəncab və Haryana ştatlarında səs-küylü cinayətlər törədib.


Ona qarşı 45 cinayət işi qaldırılıb.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər