00:00:00
Yazar
Admin User
07.11.2025 17:49 138 2 dəq oxuma
Siyasət

Azərbaycan müharibədə tam və mütləq Qələbə qazanan yeganə ölkədir

Azərbaycan müharibədə tam və mütləq Qələbə qazanan yeganə ölkədir

İlham Əliyev bildirib ki, Azərbaycan qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Prezident İlham Əliyevin bu sözləri Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin böyüklüyünü ifadə edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Prezident İlham Əliyevin bu fikri Azərbaycan kimi tam və mütləq qələbə qazanan ikinci bir ölkənin olması haqda fikri tam doğru fikirdir:

 

“Bu həm günümüzlə bağlıdır, həm tarixi aspektlərə baxanda doğrudur, Azərbaycan faktiki olaraq xxı əsrdə yeganə ölkədir ki, müharibəni tam olaraq qələbə ilə başa çatdırıb, yekunlaşdırıb. Amma təkcə XX əsrdə yox, son 80 ilə baxanda, yəni ikinci dünya müharibəsindən sonrakı dövrə baxdıqda heç bir ölkənin müharibədə tam qalib çıxdığını görməmişik. Tarix bunu qeyd etməyib, tarixdə belə bir şey yoxdur. Son 80 illik tarixdə, yəni ikinci müharibədən sonra Vyetnam müharibəsində faktiki olaraq qalib müəyyən olmadı. Amerika istəyinə nail ola bilmədi. Əfqanıstan müharibəsində nə Amerika, nə SSRİ buna nail ola bilmədi. Əfqanıstan müharibəsindən sonra İraqda müəyyən müharibə oldu. Bu tam qələbə deyildi. Sonra Yaxın Şərqə baxdıqda Suriya müharibəsində faktiki olaraq uzun illər 10 ildən artıq davam edən müharibədə vətəndaş müharibəsinə çevrildi və bu müharibədə iştirak edən heç bir tərəf qalib olmadı. Hətta bu gün belə Əsəd devrilsə belə yenə də müharibə riski qalır. Bununla yanaşı Ukrayna müharibəsində hələ də davam edən Ukrayna müharibəsində qalib bəlli deyil və bundan sonra necə olacağı da bəlli deyil. Qəzza müharibəsində də analoji vəziyyət davam edir və faktiki olaraq bütün müharibələr 2-ci dünya müharibəsindən sonra bütün müharibələrdə hər hansı bir danışıq masası qurulsa da, belə faktiki olaraq heç bir tərəf müharibə meydanında istədiyinə nail ola bilməyib, qələbə qazana bilməyib və bu baxımdan Azərbaycan təkcə XX əsrin yox, həm də son 80 İlin ikinci dünya müharibəsindən sonrakı dövrün yeganə ölkəsidir ki, müharibədə tam və mütləq şəkildə qələbə qazandı. Bu qələbənin təkcə deyək ki, müharibə meydanında olduğunu demək olmaz. Yəni məsələ təkcə müharibə meydanındakı qələbə ilə də yekunlaşmır. Çünki bütün müharibə meydanında qazanılan qələbənin siyasi müstəvidə rəsmiləşməsində ən vacib amillərdən biridir. Yəni Azərbaycan həm də yeganə ölkədir ki, təkcə müharibəni yox, sülhü də qazandı. Yəni müharibədən sonra 44 gün müharibədən sonra bilirik ki, qısa 24 saatlıq bir əməliyyatla suverenliyimiz bərpa olundu və bundan sonra danışıqlar masasında aparılan proseslər, danışıqlar prosesində də, Azərbaycanın bütün şərtlərinin qəbul edildiyi bir sülh razılaşma, yəni Vaşinqtonda əldə olunan razılaşma, sülh sazişinin paraflanmasında, paraflanan sülh sazişində qeyd olunan məsələlər, bütövlükdə Azərbaycanın tələblərinin nəzərə alındığı bir sənəddir".


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər