00:00:00
Yazar
Admin User
20.12.2025 09:14 116 1 dəq oxuma
Siyasət

Azərbaycan-Monteneqro əlaqələri dostluq münasibətlərinə söykənir

Azərbaycan-Monteneqro əlaqələri dostluq münasibətlərinə söykənir

“İnformator.az” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib.

 

O qeyd edib ki, Azərbaycan-Monteneqro əlaqələri iki ölkə və dost xalq arasında olan münasibətlərə söykənir:

 

“Biz müxtəlif sahələrdə onilliklərdir, əməkdaşlıq edirik. Cənab nazirin bu səfərini çox vaxtında edilmiş bir səfər kimi qiymətləndiririk. XİN-lərimiz arasında mütəmadi təmaslar mövcuddur. 2025-ci ildə iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib. Həmçinin, bu gün konsulluq məsləhətləşmələrinin keçirilməsi barədə memorandum imzalandı. İki ölkə arasında ümumilikdə 22 sənəd mövcuddur”. 

 

Nazir, həmçinin hökumətlərarası komissiyanın işinin əhəmiyyətini vurğulayıb:

 

“Bu səbəblə cənab nazirin Azərbaycanın Maliyyə naziri Sahil Babayevlə də görüşü nəzərdə tutulub. Bu il hökumətlərarası komissiyanın iclası keçirilə bilər”. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər