00:00:00
Yazar
Admin User
03.09.2025 18:25 136 2 dəq oxuma
Siyasət

“Azərbaycan–Mərakeş ticarət dövriyyəsi 8,3 milyon dollara çatıb”

“Azərbaycan–Mərakeş ticarət dövriyyəsi 8,3 milyon dollara çatıb”

Azərbaycanın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov krallığın sənaye və ticarət naziri Ryad Mezzur ilə görüşüb.

 

Görüşdə Azərbaycan ilə Mərakeş arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, xüsusilə sənaye və ticarət sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

 


Mövzu ilə bağlı Milli Məclisin Deputatı, İqtisadçı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan ilə Mərakeş arasında ticarət dövriyyəsi son illər artsa, belə hələ də bu kiçik olaraq qalmaqdadır:

 

“Ticarət dövriyyəsi 8.3 milyon dollardır. Düzdür, bu əvvəlki illərlə müqayisədə artım deməkdir. Çünki bir il öncə ticarət dövriyyəsi 5.9 milyon dollar idi. Bütövlükdə biz ticarət dövriyyəsindəki artımların, xüsusəndə iki ölkə arasında artımın, 10-cu ildən sonra daha yüksək artımların olduğunu müşahidə edirik. Amma potensial böyükdür. Potensiallardan istifadə etmə imkanları var. O baxımdan iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsi, inkişaf etməsi, həm ticarət əlaqələrimizə təsir göstərəcək, həm də qarşılıqlı investisiyalar baxımından vacibdir. Çünki bir tərəfdən Mərakeş bazarına öz məhsullarımızla çıxa bilərik. Bu həm ərzaq, həm də kənd təsərrüfatı məhsullarıdır. Eyni zamanda Mərakeş nəzər alsa ki, sərmayə qoyuluşu baxımından da cəlbedici ölkələrdən biridir. Təbii ki, münasibətlərin inkişaf etməsi, Azərbaycan iş adamlarının Mərakeş bazarına sərmayə qoyuluşu həyata keçirməsinə gətirib çıxara bilər. Bu baxımdan iki ölkə arasında iqtisadi əlaqələrin, eləcə də investisiya portfelinin genişləndirilməsi üçün kifayət qədər böyük imkanlar, potensial var. Görüşlər, münasibətlərin inkişaf etməsi bu potensialda daha sıx şəkildə istifadəsinə imkan yaradılmalıdır”.


Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər