Azərbaycan - NATO əlaqələri müzakirə olunub
Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə yeni təyin olunan türkiyəli həmkarı Basat Öztürklə görüşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə C.Hüseynzadə X hesabında paylaşım edib.
O qeyd edib ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, regional mövzular və Azərbaycan-NATO əlaqələri müzakirə edilib.