00:00:00
Yazar
Admin User
15.12.2025 16:35 100 2 dəq oxuma
Siyasət

Azərbaycan NATO-nun bir neçə təlimində iştirak etmək üçün müraciət edib

Azərbaycan NATO-nun bir neçə təlimində iştirak etmək üçün müraciət edib

 

Azərbaycan 30 ildən artıqdır ki, NATO ilə tərəfdaşlıq münasibətlərini ardıcıl şəkildə inkişaf etdirir və alyansın birgə təlim və proqramlarında fəal iştirak edir. NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliklərinin rəhbərləri “Report”a müsahibədə əməkdaşlığın mövcud vəziyyəti, prioritet istiqamətlər və yaxın illər üçün planlar barədə danışıblar.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, 1994-cü ildən Azərbaycan NATO ilə əməkdaşlıq edir:

 

“NATO-nun tərkibində Əfqanıstanda, Kosovoda sülhməramlı missiyada iştirak edir və birgə ümumi təlimlərdə lokal olaraq da həyata keçirilir. Amma buna baxmayaraq, Azərbaycan NATO-nun üzvü olmaq istiqamətində addım atmır. Sadəcə olaraq, müstəqil ölkə kimi, Cənubi Qafqazın aparıcı ölkəsi kimi, NATO ilə daima hərbi əməkdaşlığa maraqlıdır. Nəzərə alaq ki, Azərbaycanın strateji müttəfiqi qardaş Türkiyə NATO-nun üzvüdür və Azərbaycan öz silahlı qüvvələrində, öz ordusunda NATO standartlarına uyğun həyata keçirir, qurur və bu müstəvidə də təbii ki, NATO-nun da əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Yeni geopolitik qarşıdurma fonunda Cənubi Qafqaz Rusiya ilə sərhəddir və Rusiya da məhz Ukrayna müharibəsi fonunda NATO-nu daima günahkar bilir. Amma bu müstəvidə düşünürəm ki, Azərbaycanda elə bir siyasət qurur ki, digər mərkəzləri narahat etmir. Bu, milli maraqlara əsaslanır. Qarşılıqlı şəkildə hərbi təlimlər, Azərbaycan ordusunun müasirləşdirilməsi, NATO standartları istiqamətində siyasət qurulur. Amma Azərbaycanın NATO-ya tam inteqrasiyası, ümumiyyətlə, yaxın və uzaq perspektivdə görsənmir. Sadəcə olaraq, bu, siyasi və müəyyən mənada hərbi əməkdaşlıqdır və bu həmçinin bir güc mərkəzi kimi Azərbaycan NATO ilə əməkdaşlıq etməklə, öz geosiyasi mövqeyini gücləndirməyə çalışır. Mən düşünürəm ki, bu, müsbət bir prosesdir. Azərbaycan NATO kimi böyük bir hərbi, siyasi alyansla əməkdaşlıq etməklə bir növ NATO-nun da siyasi dəstəyini almış olur “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər